21 yaşadək futbolçulardan ibarət yığma Antalya toplanışı çərçivəsində daha bir yoldaşlıq görüşü keçirəcək. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Gənclər Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası ilə qarşılaşacaq. Yanvarın 16-da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17.00-da başlayacaq. Bu o deməkdi ki, Rəşad Sadıqovun U-21-də debütü klub-komandaya qarşı olacaq.
Qeyd edək ki, U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq. Bu görüşlərin hamısı Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.