Qış “transfer pəncərəsi”ndən yararlanan premyer-liqa iştirakçıları heyəti gücləndirmək, lazım olmayanları isə göndərmək yönündə işləri davam etdirir. Təbii, heyəti gücləndirmək məsələsində klubların büdcəsi də önəmli rol oynayır. Bundan başqa, komandada “yeni qan”a nə qədər ehtiyacın olduğu da gələnlərin sayına təsir edir. Artıq “Keşlə” transfer qadağasından xilas olub və paytaxt təmsilçisi də bu yöndə iş aparır. Bir sözlə, premyer-liqa iştirakçılarının heyətinə qatdığı, eləcə də yola saldığı futbolçuların dosyesini diqqətinizə çatdırırıq. Onu da qeyd edək ki, ölkəmizdə qış “transfer pəncərəsi” rəsmən 13 yanvar – 9 fevral tarixlərini əhatə edəcək.
Qarabağ
Gələnlər: yoxdu
Gedənlər: İbrahim Aslanlı (Zirə), Elşən Abdullayev ("Zirə", icarə), Dino Ndlovu (“Xançjou Qrintaun”, Çin)
Qəbələ
Gələnlər: Təmkin Xəlilzadə (Zirə)
Gedənlər: Roman Hüseynov ("Kəpəz", icarə), Aqil Məmmədov (Neftçi), Tellur Mütəllimov (Zirə), Endi Hallidey ("Reyncers", Şotlandiya, icarə müddəti yarımçıq dayandırılıb), Ülvi İsgəndərov ("Sumqayıt", icarə), Deyv Bultuis (“Herenven”, Hollandiya), Ekiqo Ehiosun
Zirə
Gələnlər: İbrahim Aslanlı (Qarabağ), Elşən Abdullayev ("Qarabağ", icarə), Mirsahib Abbasov ("Keşlə", icarə), Tellur Mütəllimov (Qəbələ)
Gedənlər: Murad Səttarlı (Kəpəz), Nicat Qurbanov (Sumqayıt), Qabriel Matey ("Bruk-Bet Termalitsa", Polşa), Təmkin Xəlilzadə (Qəbələ), David Manqa
Sumqayıt
Gələnlər: Elnur Abdullayev (Keşlə), Nicat Qurbanov (Zirə), Ülvi İsgəndərov ("Qəbələ", icarə)
Gedən: Ramin Həsənov (Xəzər)
Neftçi
Gələnlər: Aqil Məmmədov (Qəbələ), Təyyar Məmmədov ("Səbail", icarədən qayıdıb), İlkin Qırtımov (Keşlə), Fərid Abbaslı (Binə)
Gedənlər: Pavel Dreksa (“Karvina”, Çexiya, icarə müddəti başa çatıb), Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Səbail"), Fəhmin Muradbəyli (“Səbail”, icarə), Məqsəd İsayev (Keşlə), Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi "Sabah", icarə), Tərzin Cahangirov (Kəpəz), Hüqo Barqas (“Bluminq”, Boliviya), Edson Kastilyo
Səbail
Gələnlər: Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Neftçi"), Fəhmin Muradbəyli (“Neftçi”, icarə), Kərim Diniyev (Kəpəz)
Gedənlər: Təyyar Məmmədov ("Neftçi", icarə müddəti başa çatıb), Tanrıverdi Məhərrəmli (Xəzər), Amit Quluzadə (“Aiqinaikos”, Yunanıstan), Yamin Ağakərimzadə, Eqdaras Jarskis, Adrian Popoviçi, Renan Telyes
Keşlə
Gələnlər: Məqsəd İsayev (Neftçi), Kamran Ağayev ("Mlada Boleslav", Çexiya), Pablo Podio ("Fastav", Çexiya, icarə), Vaqif Cavadov
Gedənlər: Elnur Abdullayev (Sumqayıt), Samir Zərgərov (Kəpəz), Mirsahib Abbasov (“Zirə”, icarə), İlkin Qırtımov (Neftçi), Nizami Hacıyev, Mirhüseyn Seyidov
Kəpəz
Gələnlər: Murad Səttarlı (Zirə), Roman Hüseynov (Sumqayıt), Samir Zərgərov (Keşlə), Tərzin Cahangirov (Neftçi)
Gedənlər: Kərim Diniyev (Səbail), Novruz Məmmədov, Aydın Qasımov (hər ikisi “Xəzər”), Samba Diallo, Mansur Alaci, Viktor Oseqeyl, Ruzi Qiyaslı, Azad Kərimov, Azər Məmmədov, Sergey Çernışev, Məhəmməd Qurbanov