Dino Ndlovunun “Qarabağ”dan ayrılaraq “Xançjou Qrintaun”la anlaşdığını xəbər vermişdik. Cənubi afrikalının Çinin 1-ci dəstə təmsilçisinə keçidi rəsmiləşib. Belə ki, 27 yaşlı futbolçu yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib. Bu keçidin “Qarabağ”a 675 min funt-sterlinq qazanc gətirdiyi bildirilir. Xatırladaq ki, Ndlovu Ağdam təmsilçisinə 2016-cı ilin yayında “Anortosios”dən keçmişdi.