Nldovu “Qarabağ”ı Çinə dəyişdi, Elyunussi yolüstədi
“Qanım "Qarabağ"ı sevən və onun uğrunda həyatını itirən insanlarla axacaq”
Nəhayət, “Qarabağ”da gözlənilən ayrılıq baş tutdu. Söhbət Dino Ndlovunun Ağdam klubu ilə vidalaşmasından gedir. Cənubi afrikalı forvard karyerasını “Xançjou Qrintaun”da davam etdirəcək. Ndlovu Çin klubu ilə 2 illik müqavilə imzalayıb. Bu keçid ağdamlılara 750 min avro qazandırıb. Bu isə 1,5 milyon manat deməkdi. Azərbaycan çempionu və kubokunun qalibi, “Qarabağ”la qitənin ən nüfuzlu klub turnirində iştirak edən futbolçu Çinin 1-ci dəstəsində oynayacaq. Onun çıxış edəcəyi “Xançjou Qrintaun” aşağı liqanın iddialılarından da sayılmır. Ötən mövsüm 1-ci liqada 16 komanda arasında 9-cu olan “Xançjou Qrintaun” superliqaya vəsiqə qazana bilməyib. Ancaq Xançjou təmsilçisi 2016-cı ilin sonunda tərk etdiyi yüksək dəstəyə dönmək üçün yenidən mübarizə aparmaq istəyir. Bir neçə aydan sonra start götürəcək yeni mövsümdə Dino da bunun üçün komandasına kömək etməlidi. Ndlovu yeni klubunda yeganə legioner olmayacaq. Burda Braziliya, Avstraliya kimi ölkələrdən olan futbolçular top qovur.
Qeyd edək ki, Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında taransfer olunmuşdu. O, “köhlən atlar”ın heyətində meydana çıxdığı 54 oyunda 20 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun xüsusən Ağdam təmsilçisinin Çempionlar Liqasına düşməsində əməyi böyükdü. Belə ki, 3-cü təsnifat mərhələsində “Şerif”lə səfər oyununda (1:2) ilk qolun müəllifi oldu. Bununla da Moldova təmsilçisinin pley-off arzusuna ciddi zərbə endirdi. Pley-offda isə “Kopenhagen”lə hər iki oyunda yüksək performans sərgilədi. Bakıdakı görüşdə məhz onun dirəkdən dönən zərbəsindən sonra Mahir Mədətov boş qapını nişan aldı. Həmin hücumda əməyi olan cənubi afrikalı cavab matçında da həlledici qol imza atdı. Danimarkalılar 1:0 hesabı ilə önə keçsə də, Dino çətin vəziyyətdə fərqlənərək durumu yenidən “Qarabağ”ın xeyrinə dəyişdi. “Kopenhagen”ə bundan sonra 2 qol lazım idi ki, rəqib yalnız 1 dəfə fərqlənə bildi. Beləliklə, məhz Ndlovunun qolu “Qarabağ”ın ÇL-in qrupuna düşməsində əsas rol oynadı. Ona görə də “Qarabağ” azarkeşləri uzun müddət bu futbolçuya minnətdar olacaq. Elə sosial şəbəkələrdəki təşəkkür mesajları da futbolçunun nə qədər sevildiyindən xəbər verir. “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak da Dinonun ayrılığına biganə qalmayıb. O sosial şəbəkədə Ndlovu ilə birlikdə şəkillərini paylaşaraq, bu sözləri yazıb: “Kopenhagen”ə vurduğun qola görə təşəkkür. Uğurlar”.
Onu da bidirək ki, Dino özü də sosial şəbəkə vasitəsilə “Qarabağ”a minnətdarlığını bildirib: "Karyeramı "Qarabağ"da bitirəcəyimi düşünürdüm. Ancaq bu, arzu idi. Hər kəsə təşəkkür edirəm. Bu klubda çox yaxşı 18 ay keçirdim, komanda ilə tarix yazdım. Karyeramın unudulmaz anları idi. Halbuki bu kluba keçəndə kareyramla bağlı dəqiq bir şey bilmirdim, qarışıq hisslər keçirirdim. Məşqçilərə, komanda yoldaşlarıma minnətdaram. Onlara demək istəyirəm ki, siz olmasaydız, irəliləyə bilməzdim. Odu ki, qəlbimdə xüsusi yer tutursuz. Azərbaycanda çoxlu yaxşı insan tanıdım. Karyeramda ən çətin qərarlardan birini verdim. Ancaq bu futboldu. Futbolçular gəlib-gedir. Düşünürəm ki, pərəstişkarlarımın ürəyinə toxunan oyunçulardan biriyəm. Qanım "Qarabağ"ı sevən və onun uğrunda həyatını itirən insanlarla axacaq. Yenidən görüşənədək. Sizi sevirəm, uşaqlar".
Bu arada “Qarabağ” Ndlovudan sonra daha bir futbolçusu ilə yolları ayıra bilər. İsveç mətbuatı Tarik Elyunussinin karyerasını bu ölkədə davam etdirməyə yaxın olduğunu yazıb. Mövsümün əvvəlində “Olimpiakos”dan icarəyə götürülən və ümidləri doğrultmayan Norveç millisinin üzvü AİK klubunun maraq dairəsindədi. Yeni mövsüm ərəfəsində heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran Stokholm təmsilçisinin transfer hədəfindəki futbolçulardan biri məhz Elyunussidi. İsveç mətbuatı əsas heyətə düşə bilmədiyi üçün “Qarabağ”ın onunla yolları ayırmağa hazır olduğunu vurğulayıb. Lakin bu məsələdə əsas söz sahibi futbolçunun müqavilə ilə məxsus olduğu “Olimpiakos”du. AİK 30 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək niyyətindədi. İsveçlilər onu həm yarımmüdafiə, həm də hücum xəttində oynatmağı planlaşdırırlar. Bu məqsədlə yunanlarla danışıqlara artıq start verilib. Tarik cari mövsüm “Qarabağ”ın heyətində 8 oyunda (4 çempionat, 1 kubok, 3 ÇL) meydana çıxıb. Maraqlıdı ki, futbolçu yerli mətbuata açıqlamasında həm “Qarabağ”da olmaqdan məmnunluğunu ifadə edib, həm də klubunu dəyişmək ehtimalını qeyd edib: “Qarabağ”da olmaqdan məmnunam. Əskikliyimiz ÇL-dən və ölkə kubokundan kənarda qalmağımızdı. Çempionatda isə ən yaxın izləyicimizdən 6 xal öndəyik. Amma səviyyə fərqi də böyük deyil. Nə olacağını görəcəyik... AİK böyük azarkeş kütləsinə malik klubdu. Stokholm da ən gözəl paytaxt sayılır. Keçidi istisna etmirəm. Şərqdən qərbə qayıda bilərəm. Amma hələ də “Qarabağ”la bağladığım icarə müqaviləsindən razıyam. Təəssüf ki, iki ay əvvəl zədələndim və tam gücümlə komandama kömək edə bilmədim. Digər tərəfdən, “Olimpiakos”a qayıtmağıma da çox vaxt qalmayıb. Kluba ispaniyalı mütəxəssis rəhbərlik edir. Eyni zamanda klub "Everton"dan Kevin Miralyası geri alıb. 2018-dən istəyim? Zədədən qurtulmaq və mümkün qədər oynamaq istəyirəm. Ötən il zədələr ucbatından çox şans əldə edə bilmədim”.
Sonda onu da bildirək ki, "Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. “Köhlən atlar” hazırlığın ikinci günündə yerli vaxtla saat 11.00-da səhər məşqinə çıxıb. Futbolçular səhər məşqində laktat testindən keçib. Bu testin əsas mahiyyəti oyunçuların fiziki durumunu yoxlamaqdan ibarətdi. Bu gün bir sıra legionerlər də təlim-məşq toplanışına qoşulub. Komanda yerli vaxtla 17.30-da isə günün ikinci məşqinə çıxıb.
FARİZ

Son xəbərlər

“Bu cür klubdan və məşqçidən təklif gəlirsə...”

İşdə məhəbbət macərası...

Federer şərhçi olacaq

Komandalar 2023-ün təqvimindən narazıdı

Maksim Medvedevə mükafat təqdim edildi

Arum Coşua – Füri döyüşünün baş tutacağına inanmır

“Araz Naxçıvan”ın hazırkı heyəti premyer-liqanın bir neçə klubu ilə mübarizə apara biləcək gücdədi” - Vadim Abdullayev

Həmyerlimiz Rusiya premyer-liqasında təyinat aldı

Sarver “Finiks”i satışa çıxardı

Cinsi azlıqları təhqir etdi, 40 min ödəyəcək

Abasovun köməkçiləri müəyyənləşdi

"Araz Naxçıvan" Türkiyədə turnirə qatılacaq

“Zaqatala”nın pulunun bir hissəsi köçürülüb

“Şamaxı” azarkeşlərin istəyini yerinə yetirdi

Dembele “Barselona” ilə ÇL-i qazanmaq istəyir - MÜSAHİBƏ

Pasveer 39 yaşında dünya çempionatında oynaya bilər

“Qarabağ”ın rəqibində itki

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

"Komanda inkişaf edir" - Canni De Byazi

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

"Bu oyunda çox zəif oynadıq" - Maqomed Adıyev

Millimizin tarixində ilk!

Millimiz 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

“Neftçi” AFFA-dan xəbər gözləyir

Baqa “Sumqayıt”dan təzminat almayıb

Rabyoya daha bir müştəri

Qazaxıstanı ud, Avropa çempionatında iştirak şansı qazan! - KÖŞƏ

İdmançımız birinci oldu

Keytaya yeni təklif

"Qəbələ" - "Hayduk" matçının hakimləri müəyyənləşdi

Federasiya prezidenti idmançılarla görüşdü

Əməliyyatdan imtina etdi

Bernat PSJ-dən ayrılmağa yaxındı

“Barselona”da ciddi itkilər

“Yuventus”da istefa gözlənilir?

Sulşer ilə Ranqnik MY-ni xərcə salıblar

Azarkeşlər prezidenti istefaya çağırdılar

Fransa klubu cəzalandı

Bir ay oynamaya bilər

Sabah hər şey bəlli olacaq – Ya Tsaxadadze, ya da...

Milli formada 88 qola çatdı

“Kəpəz”in ev oyunlarını Gəncədə keçirəcəyi tarix məlumdu – ÖZƏL

Dzeko "İnter"dən ayrıla bilər

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

"İnter" "Barselona"nın yetirməsini istəyir

Bütün xəbərlər