Yığmanın iki yoxlama oyununda qüvvəsini sınayacağını xəbər vermişdik. Belə ki, Qurban Qurbanovun komandası yanvarın 30-da Moldova, fevralın 2-də isə Gürcüstanla qarşılaşacaq. Ötən saylarımızdan birində həmin matçların yayın məsələsinə toxunmuşduq. Həmçinin “CBC Sport”un bu yöndə danışıqlar apardığını diqqətinizə çatdırmışdıq. Əldə etdiyimiz məlumata görə, hər iki sınaq matçının canlı yayınlanması mümkündü. Başqa sözlə, adı çəkilən telekanal bu istiqamətdə müsbət nəticəyə doğru önəmli addım atıb. Böyük ehtimalla azarkeşlər yığmanın Qurbanovun rəhbərliyi altında ilk oyunlarını ekran qarşısından izləyə biləcək. Lakin dəqiq informasiya qarşıdakı günlərdə veriləcək. Onu da bildirək ki, “CBC Sport” hələ ki əsas millinin oyunlarını göstərməklə bağlı belə nəticəyə nail olub. Antalyadakı hazırlıq çərçivəsində Albaniya və Gürcüstanla yoxlama oyunları keçirəcək U-21-in matçlarının yayınlanması məsələsində isə bir yenilik yoxdu.
FARİZ