Sizin reklam burada

Aslan Şahgəldiyevi siqaretə görə “Nou Kamp”dan çıxarıblar

Müəllif: football Tarix: 11-01-2018, 21:45 607 Baxış
Aslan Şahgəldiyevi siqaretə görə “Nou Kamp”dan çıxarıblar
PFL klublara xəbərdarlıq məktubu göndərəcək
Məlum olduğu kimi, Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi səs çoxluğu ilə qəbul edildi. Qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən qanun idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalara və obyektlərə, həmçinin onların ərazisinə də şamil olunur. Eyni zamanda qeyd edilir ki, qadağan olunan ərazidə “tütün çəkmək qadağandı!” yazısı və ya işarəsi olmalıdı. Belə yerlərdə siqaretin çəkilməsinə görə cərimələr (30 manat) də tətbiq edilir.
Maraqlıdı, söhbət idman yarışları və kütləvi tədbirlərdən gedirsə, premyer-liqa və ya kubok matçları zamanı bununla bağlı hansısa addım atılacaqmı? Sualı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə ünvanladıq: “Bu məsələdə PFL-in üzərinə düşən yeganə iş klubları məlumatlandırmaq olacaq. Premyer-liqa və birinci divizion klublarına, eləcə də stadion direktorlarına məktub göndərəcəyik ki, stadionlara “siqaret çəkmək qadağandı” yazısı vurulsun. Artıq bu yöndə işə başlamışıq. Bundan başqa, o da müəyyənləşdirilməlidi ki, stadionun hansı ərazisində siqaret çəkmək olar. Ancaq cəza mexanizmi bizdən asılı olan məsələ deyil. Qanun pozulsa, polis cərimə edəcək. Hər halda, PFL-in hansısa vətəndaşı cərimələmək hüququ yoxdu. Bəli, tribuna qapalı məkan sayılır. Orda qeyd olunub ki, ictimai tədbirlərin keçirildiyi yerlər də nəzərdə tutulur. Söhbət təkcə qapalı məkandan getmir. Dayanacaqda belə siqaret çəkmək qadağandı. Sizə şəxsi təcrübəmdən nümunə gətirim. “Berselona” – “Real” matçını izləyəndə “Nou Kamp”da siqaret çəkmək istədim, stüard mənə yaxınlaşdı, xüsusi kağız parçası təqdim etdi. Həmin kağızla tribunanı tərk etdim, stadiondan çölə çıxdım, siqareti çəkdim və daha sonra o kağız parçasını göstərdim, qayıdıb öz yerimdə əyləşdim. Onlarda belədi. Bilirsiz ki, “Nou Kamp”ın üstü, ümumiyyətlə, açıqdı, ancaq siqaretə icazə verilmir”.
PFL rəsmisi siqaret çəkən biri kimi qanunu müsbət qiymətləndirir: “Məncə, çox əla qadağadı. Düzdü, insanlar qapalı məkandan kənara çıxmaq üçün narahat olacaqlar. Ancaq siqaret çəkməyənləri də nəzərə almaq lazımdı. Kimsə bundan istifadə edirsə, öz həyatıdı, özü bilər. Lakin başqalarını zəhərləmək düzgün deyil. Eyni zamanda siqaret çəkənlər üçün də yaxşı oldu. Daha az çəkəcəklər. Hər dəfə durub qapalı məkanı tərk etmək çətin görünəcək. Fikrimcə, siqaret çəkənlərin sayı azalacaq”.
FARİZ
SON XƏBƏRLƏR