Sizin reklam burada

“Birincilər”də yeni təyinatlar reallaşdı

Baxış Sayı:724

“Birincilər”də yeni təyinatlar reallaşdı
“Binə”də baş məşqçi, “Şüvəlan”da icraçı direktor
Birinci divizionun iki klubunda yeni təyinat gerçəkləşib. “Binə”nin baş məşqçisi bəlli olub. Komandanı bundan sonra İsmayıl Hüseynov çalışdıracaq. Klub rəhbərliyi onunla ilyarımlıq müqaviləyə imza atıb. Məşqçilik karyerasına 1996-2000-ci illərdə Rusiya "Dinamo"sunda (Murmansk) başlayan Hüseynov burda əvvəlcə köməkçi-məşqçi, daha sonra baş məşqçi funksiyasını yerinə yetirib. 2005-dən etibarən "Neftçi"də məşqçi kimi fəaliyyət göstərən mütəxəssis 2008-də paytaxt təmsilçisinin U-19 komandası ilə ölkə çempionatının gümüş medalını qazanıb. O, 2009-cu ildə isə "Neftçi"nin 15 yaşlıları ilə ölkə çempionatının finalçısı olub. Hüseynov 2011-də "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi", 2012-də isə "Əməkdar məşqçi" adlarına layiq görülüb.
“Şüvəlan”da boş qalmış icraçı direktor postuna Seyidağa Babayev təyin olunub. Onu da qeyd edək ki, Seyidağa Babayev futbol ictimaiyyətinə yad sima deyil. Vaxtilə U-15 və U-17 yığmalarının şərəfini qoruyub, daha sonra “Turan Air” futzal klubunun və futzal millimizin formasını geyib. Babayev sonralar böyük futbola dönərək İranın 1-ci dəstəsində top qovub. Vətənə geri döndükdən sonra isə MOİK-in heyətində çıxış edib. Babayev sonuncu dəfə “Zirə”də icraçı direktor, ardınca isə uşaq futbol akademiyasının əlaqələndiricisi vəzifəsində çalışıb.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR