• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Daha yaxşı oynamağa qadirik" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

5-08-2023, 23:0

"Qarabağ" Misli premyer-liqasının ilk turunda öz meydanında "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Rəşadı və "Zirə"ni təbrik edirəm. Çox yaxşı başladılar liqaya. Onlara uğurlar arzulayıram. Məğlub olduq, düşünürəm ki, öz potensialımızdan çox aşağı oynadıq. Amma futbolçularımı başa düşürəm. Oyun təcrübəsi olmadıqda, formadan uzaq olurlar. İlk matç göstərdi ki, çempionatda hər oyuna daha ciddi yanaşmalıyıq. Qarşıdakı oyunlarda lazım olsa, rotasiyalara gedəcəyik. Çünki futbolçuların sağlamlığı da vacibdir. Maraqlı çempionat başladı. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq".

- Bundan sonra toparlanmaq üçün təkan olacaq bu məğubiyyət?

- Uduzduqda, xal itirdikdə, belə oyunların komanda və mənim üçün faydası daha çox olub. Məncə, hər şey qaydasında olacaq. Çünki yaxşı kollektivimiz, yaxşı futbolçularımız var. Daha yaxşı oynamağa qadirik. İnanıram ki, get- gedə hər futbolçunun gələcəkdə tam potensialını üzə çıxara biləcəyik.

- Azarkeşlər klubu transfer etməyə səslədi. Buna münasibətiniz?

- Onlar azaddılar. Futbol azarkeşlərə görə oynanılır. Bəzən onlar da emosiyalarını saxlaya bilmirlər. Normal qarşılamaq lazımdı. Amma dəfələrlə bildirmişəm ki, mövsümün ortasında belə, transfer işləri ilə məşğul oluruq. Lazım olan oyunçuları dəvət edirik. Əfsuslar olsun ki, bəzən alınır, bəzən yox. Bu il az transferlər etməmişik. Transfer danışıqlarımız gedir. Mənim çox maraqlı və döyüşkən futbolçularım var. Potensialımız bu deyil. Hamı bizim, "Qarabağ"ın üzərinə gəlir. Biz rəqiblərin üzərinə getməkdən çəkinməyəcəyik, həvəsdən düşməyəcəyik. Futbolçular bunu dərk edirlər. Bu komandanın nə olduğunu bilirlər. İnanıram ki, qarşıda bunu bacaracağıq. Pis tərəfini düşünəndə... Bacarmasaq, nə cavab verim sizə...Bacarmasaq, nə olacaq? Əminəm ki, futbolçularım döyüşkəndi, cəsurdu. Onlara güvənərək, onlarla birlikdə inanıram ki, yaxşı futbol göstərməyə, yaxşı nəticə əldə etməyə gecə-gündüz çalışacağıq.

- Qarşıda avrokubok oyunu var və UEFA Bakıdakı matçları eyni günə salıb. Sizcə, buna görə Tofiq Bəhramova az azarkeş gələr?

- İnanmıram. Hər komandanın öz azarkeşi var. Bakıda 4 milyondan çox adam var. Burada problem olmayacaq. Futbol tarixində ilk dəfədir ki, üç oyun eyni şəhərdədi. Maraqlı olacaq. Təki hamı uğurlu nəticə əldə etsin, hamı sevinsin. Hər komandanın azarkeşləri bir-birinə qarışıb, təbrik etsinlər.

- UEFA-nın Azərbaycana münasibəti ikili standart kimi görünür....

- UEFA toxunulmaz qurumdu. Fikir bildirə bilmərik. Nizamnaməni tam bilmirəm.

- Dörd gündən sonra HİK-lə oyun var. Komandanı toparlamaq çətin olacaq?

- İnanmıram çətin olsun. Əksinə, mənə elə gəlir ki, daha rahat olacaq. Narazılıqlar "Rakuv"la ilk oyundan sonra var. Bu günə kimi davam edir. Üzərimizə gəlirlər yox, fikirlərini bildirir insanlar. Biz elə yola çıxmışıq ki, hazır olmalıyıq belə olaylara. Mən qarışıq, futbolçularım da xoşlayır ki, belə anda ayaqüstə duraq, məsuliyyətli olaq. Futbolçularım tam hazır olacaq.

- Futbolçulara hər hansı qadağa olacaq jurnalistlərə müsahibə vermək barəsində?

- Deməmişəm. Siz də çox narahat etməyin. Onlar nə etmək lazım olduğunu bilirlər.

- HİK-i araşdıra bilmisiz?

- Sanki ikinci "Rakuv"du. Sistem və oyun olaraq belədi. Bərk komandadı. Skandinaviya komandaları intizamlı oynamağı xoşlayırlar. "Rakuv" kimi müdafiə olunurlar, hücumda çox bənzər epizodları var. Sabahdan futbolçulara rəqib barədə tapşırıqlar verəcəyik.

- HİK-in "Rakuv"a bənzəməsi sizi narahat edir?

- Məni narahat etməyən komanda yoxdu. Hər rəqibin sürprizləri olur. Amma mən hər oyun, hər rəqibə qarşı istəmişəm ki, düşündüklərimizi yerinə yetirək. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, daha yaxşı oyun göstərək.

- Maksim Medvedevin zədəsi nə yerdədi? Onu HİK-lə matçda start heyətində görəcəyik?

- Məncə, zədə deyil, əzələsində dartılma var. Qarşıdakı günlərdə hər futbolçunun idman formasına baxacağıq. Rəqibi də analiz edib, heyət barədə düşünəcəyik.

- Marko Veşoviçin yoxluğunda problem yarana bilər? HİK-in də ən yaxşı hücumları o cinahdandı...

- Rəqibin harada təhlükəli zonaları, futbolçuları varsa, əlavə diqqət ayıracağıq, futbolçulara deyəcəyik. Hansı oyunçu bizə təhlükə yaradarsa, ona diqqət ayıracağıq.

- Sizcə, çempionat daha maraqlı keçəcək? "Qarabağ" üçün çətin olacaq?

- Bu gün belə nəticə olubsa, göründü ki, çempionat maraqlı olacaq. Hər rəqib keçən illə müqayisədə daha iddialıdı, çox transfer ediblər. Bunlara hazır olacağıq. Amma biz də pis deyilik. Daha ciddi və işgüzar olmalıyıq. Təki maraqlı olsun.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

28-08-2022, 22:0

"Qarşıdakı turlarda daha da yaxşı olmağa çalışacağıq" - Elmar Baxşıyev

Manşet / Çempionlar Liqası

19-07-2022, 22:0

"İsveçrəyə qələbə qazanmaq üçün gedəcəyik" - Qurban Qurbanov

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Premyer-liqa

6-02-2023, 16:0

"Təəssüflər olsun ki, hazırlaşdığımız planlarımız pozuldu" - Vüqar Əsgərli

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Dünən, 17:22
    Milli komandada zəruri dəyişiklik
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 230
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə