U-21 millimizin üzvü Ozancan Kökcünün şərəfini qoruduğu Hollandiyanın “Valveyk” klubu yoxlama oyunu keçirib. Adı çəkilən ölkənin 4-cü divizionunda çıxış edən DOVO ilə qarşılaşma futbolçumuzun komandasının inamlı qələbəsiylə yekunlaşıb - 4:0. Sonradan meydana çıxan Ozancan 65-ci dəqiqədə sonuncu qolu rəqib qapısından keçirib.
Xatırladaq ki, Kökcü ötən il yığmamızdan imtina etsə də, sonradan fikrini dəyişdi. U-21-in yeni baş məşqçisi Rəşad Sadıqov 19 yaşlı futbolçunu Antalyada baş tutacaq təlim-məşq toplanışına dəvət edib.