Sizin reklam burada

Futzal millimiz “Bayıl Arena”da məskunlaşacaq

Müəllif: football Tarix: 10-01-2018, 22:38 596 Baxış
Futzal millimiz “Bayıl Arena”da məskunlaşacaq
UEFA 4 komandanı favorit sayır
Joze Alesio da Silvanın başçılıq etdiyi futzal yığmamız Avropa çempionatının hazırlıqlarına yanvarın 18-dən başlayacaq. Artıq təlim-məşq toplanışının detalları bəllidi. Milli ayın 27-nə kimi məşqlərini Bakıda keçirəcək və ertəsi Sloveniyaya yola düşəcək. Toplanış müddətində komanda “Bayıl Arena”da məskunlaşacaq. Bu da təsadüfən seçilməyib: federasiya Bakı İdman Sarayına yaxın məkan kimi məhz buranya üstünlük vrib. Axı “Bayıl Arena” həm də milli komandaların bazalarından biridi. Hazırda “Səbail” burda məskunlaşsa da, premyer-liqa təmsilçisi ayın 18-də hazırlığı başa vuracaq. Həmin gün Samir Əliyevin komandası “Sumqayıt”la səfərdə yoxlama görüşü keçirdikdən sonra istirahətə buraxılacaq, bir gün aradan sonra isə Antalyaya təlim-məşq toplanışına yollanacaq. Beləliklə, yığma “Bayıl Arena”da məskunlaşa biləcək. Hələlik heyət açıqlanmasa da, ölkə xaricində çıxış edən milli üzvlərinin toplanışa qatılacağı dəqiqləşib. Belə ki, Vitali Borisov, Vassura və Fineo dəvətlilər sırasındadı. Onlar yanvarın 18-də Bakıda olacaqlar.
Diqqəti çəkən daha bir məqam millinin toplanış müddətində yoxlama görüşü keçirməməsidi. Halbuki Alesio İran turnirindən öncə verdiyi açıqlamada AÇ ərəfəsində komandanı daha bir oyunda sınamaq istədiyini dilə gətirmişdi.
Bu arada UEFA AÇ-nin favoritlərini açıqlayıb. Qurumun rəsmi saytı yanvarın 30-da start götürəcək və Sloveniyada təşkil olunacaq qitə birinciliyinin iştirakçılarının şanslarını dəyərləndirib. Qitə futbol qurumu çempionluğa əsas namizəd kimi 4 komandanı fərqləndirib: “İndiyədək yalnız 3 komanda yarışın qalibi olub. İspaniya 1996, 2001, 2005, 2007, 2010, 2012, 2016, Rusiya 1999, İtaliya 2003 və 2014-cü illərdə bunu bacarıb. Dünyanın ən yaxşı oyunçusu Rikardinyonun yer aldığı Portuqaliya millisi bu üç komandanın əsas rəqibi ola bilər”.
UEFA-nın yığmamıza verdiyi qiymət də diqqəti çəkir: “Qazaxıstan debüt mövsümündə, Serbiya isə son yarışda yarımfinal həyəcanı yaşayıb. Öz meydanında buna nail olan balkanlıların uğurunu Sloveniya da təkrarlamaq istəyir. Nadir hallarda 1/4 finaldan kənarda qalan Ukrayna iki dəfə gümüş medala yiyələnib. Azərbaycan millisini izləmək çox maraqlıdı. Rumıniya yığması bu səviyyədə təcrübəyə malikdi. Polşa 2001-ci ildən sonra ilk dəfə final mərhələsinə yüksəlibsə, Xorvatiyaya şok darmadağın yaşadan Fransa çempionatın debütantıdı”.
Qeyd edək ki, millimiz final mərhələsində D qrupunda İspaniya və debütant Fransa ilə mübarizə aparacaq.
SON XƏBƏRLƏR