Sizin reklam burada

“Xəzər” transferlərdən doymur

Baxış Sayı:668

“Xəzər” transferlərdən doymur
Birinci divizion təmsilçisi “Xəzər” qış fasiləsində daha iki transfer reallaşdırıb. Çempionatın ilk yarısını “Şüvəlan”da keçirən Vadim Avdullayevlə mövsümün sonuna qədər müqavilə imzalanıb. “Bakı”nın yetirməsi olan 23 yaşlı yarımmüdafiəçi "Simurq" və "Qəbələ"də oynayıb.
“Xəzər” Yunis Hüseynovun "Kəpəz"dən uzaqlaşdırdığı Novruz Məmmədovla da mövsümün sonuna qədər müqavilə bağlayıb. Ölkə çempionatında 200-dən çox oyun keçirən Novruz premyer-liqa karyerasına 2008-ci ildə "Muğan”da başlayb, daha sonra isə "Bakı", "Rəvan” və AZAL klublarında oynayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR