"Sumqayıt"ın əsas komandası kimi, əvəzediciləri də mövsümün ikinci yarısının hazırlığına start verib. Elbrus Məmmədovun rəhbərlik etdiyi komanda dünən "Kapital Bank Arena"da məşqlərə başlayıb. Hazırlıq mərhələsi və ümumi plan barədə baş məşqçi klubun rəsmi saytına açıqlama verib: "Bu gün hazırlıqlara start verdik. Plana uyğun olaraq, yanvarın 20-dən etibarən təlim-məşq toplanışına başlayacağıq. Hazırlıq çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İlk rəqib artıq məlumdu. Yanvarın 13-də "Kapital Bank Arena"da 1-ci divizion təmsilçisi "Xəzər"lə üz-üzə gələcəyik. Qalan yoxlama oyunları üçün danışıqlar gedir. Bu həftənin sonuna qədər bütün rəqiblər dəqiqləşəcək. Əsas məqsədimiz çempionatın ikinci yarısına tam hazır vəziyyətdə başlamaqdı".
Qeyd edək ki, əvəzedicilərin "Xəzər"lə yoxlama oyununun start fiti saat13.30-da səsləndiriləcək.