Sizin reklam burada

Yığma üzvü A seriyasında debüt etdi

Title
Yığma üzvü A seriyasında debüt etdi
Rəhimova yenə “Fənər”ə qələbə qazandırdı
Qadın voleybolçular arasında Türkiyə çempionatında 2-ci dövrəyə start verilib. 12-ci turda “Fənərbaxça” İstanbulda “Bursa BB”nin ciddi müqaviməti ilə üzləşsə də, əzmkar qələbəyə sevinib - 3:2 (20:25, 23:25, 25:13, 25:13, 15:9) Polina Rəhimova 24 xalla oyunun ən məhsuldar voleybolçusu olub. “Seramiksan” evdə eyni hesabla “Çanakkale Bələdiyyəsi”nə uduzub – 2:3 (26:24, 22:25, 28:26, 20:25, 11:15). Odina Bayramovanın 15 xalı məğlubiyyətdən qurtulmaq üçün kifayət etməyib.
“Beşiktaş” səfərdə autsayder “İlbank”ı rahat üstələyib - 3:0 (25:18, 25:15, 25:16). Baş məşqçi bu görüşdə Marqarita Əzizovanın xidmətinə ehtiyac duymayıb. “Bəylikdüzü” səfərdə çempionluğa iddialı “Əczaçıbaşı” ilə bacarmayıb - 0:3 (18:25, 14:25, 13:26). Yana Kulan cari mövsüm məhsuldarlığı ilə diqqətləri üzərinə çəksə də, bu qarşılaşmada cəmi 9 xalı hesabına yaza bilib. “Fənərbaxça” 31 xalla ilk “3-lüy”ü qapayır. Ardıcıl 3 məğlubiyyətdən sonra qələbə qazanan “Beşiktaş” 16 xalla 6-cı sırada yer alıb. Hesabında 13 xal olan “Bəylikdüzü” 9-cudu. Bu komandadan 2 xal geri qalan “Seramiksan” ilk “10-luğ”u qapayır. Növbəti turda “Fənərbaxça” “Halkbank”ın, “Seramiksan” “Bursa BB”nin qonağı olacaqsa, “Beşiktaş” “Əczaçıbaşı”nı, “Bəylikdüzü” isə “Vakıfbank”ı qəbul edəcək.
İtaliya A seriyasında da fasilə başa çatıb. “Skandiççi” 13-cü tur çərçivəsində gözlənilmədən səfərdə “Kasalmaqqiore”yə uduzub – 1:3 (19:25, 25:15, 21:25, 18:25). Görünür, Yelizaveta Səmədovanın meneceri İlqar İmamquliyevin “Skandiççi” rəhbərliyi və baş məşqçi Karlo Parizi ilə ötən ilin sonunda apardığı danışıqlar bəhrə verib. Belə ki, Parizi nəhayət, yığma üzvünə A seriyasında debüt imkanı verib. İtalyan mütəxəssisin ilk 3 setdə şans verdiyi 4-cü zona hücumçusu 9 xal yığıb. Səmədovanın hücumlarının 35 faizi məhsuldar alınıb ki, bu da pis göstərici deyil. 27 xalla ilk “3-lüy”ü qapayan “Skandiççi” növbəti turda azarkeşləri önündə “Montsa” ilə münasibətləri aydınlaşdıracaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.