Sizin reklam burada

Amit Quluzadə yenə Yunanıstanda oynayacaq

Müəllif: football Tarix: 7-01-2018, 19:37 680 Baxış
Amit Quluzadə yenə Yunanıstanda oynayacaq
Amit Quluzadə yenidən legioner həyatı yaşayacaq. Cari mövsümün ilk yarısını “Səbail”də keçirən dayaq yarımmüdafiəçisi yenə Yunanıstana yollanıb. Ötən mövsüm elitada “Larissa”nın heyətində nadir hallarda meydana çıxan 25 yaşlı futbolçu bu dəfə 1-ci diviziona üz tutub. Həmyerlimiz hazırda 11 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşan “Aiqiniakos”la razılıq əldə edib. Quluzadənin Aiqinio təmsilçisinə sabah 10-cu tur çərçivəsində “Sparta” ilə keçiriləcək səfər matçından sonra qoşulacağı bildirilir.
Xatırladaq ki, Amit daha öncə ölkə xaricində Türkiyənin 1-ci dəstəsində “Ərciyəsspor”un, Portuqaliyanın 1-ci divizionunda isə “Atletiko”nun formasını geyib.
Renat Dadaşovun klubu “Ayntraxt”ın əsas komandası təlim-məşq toplanışına start verib. Frankfurt təmsilçisinin İspaniyanın Mursiya şəhərindəki hazırlıq prosesinə 30 futbolçu cəlb olunsa da, onların arasında yığma üzvü yoxdu. Cari mövsüm daha çox əsas komanda ilə məşqlərdə iştirak edən 18 yaşlı forvard bu dəfə baş məşqçi Niko Kovaça lazım olmayıb. Onunla yanaşı, Yanni Reqasel və Slobodan Medoyeviç də Almaniyada saxlanılıb. Bu da Dadaşovun istirahətdən artıq çəkiylə qayıtması ilə izah olunub.
“Bursaspor”un transferə çıxardığı Dəniz Yılmazın xidmətində Ankara klublarının maraqlı olduğunu xəbər vermişdik. Ancaq yığma üzvünün “Osmanlıspor”la müqayisədə “Gənclərbirliyi”nə keçmək ehtimalı daha real görünür. Buna səbəb “qırmızı-qaralar”ın yayda “Qarabağ”ın heyətinə qatmaq istədiyi Tokelo Rantie ilə yolları ayırmasıdı. Baş məşqçi Ümit Özat bu boşluğu məhz Dənizlə doldurmağı planlaşdırır. Bu üzdən klublar arasında danışıqlara start verilib.
Digər “milliləşdirilmiş” futbolçu Dmitri Nazarov isə virusa yoluxub. 28 yaşlı futbolçunun çıxış etdiyi “Ertsgebirge” İspaniyanın Mursiya şəhərində baş tutacaq toplanış ərəfəsində tibbi baxış keçirib. Yığma üzvü ilə yanaşı, Klemens Fandrixdə qrip virusu aşkarlanıb. Onların müalicəsi davam edir. Düzdü, bu futbolçular da toplanışa cəlb olunub. Ancaq komandanın digər üzvlərinin də qripə yoluxmaması üçün karantin elan edilib.
SON XƏBƏRLƏR