Bəxtiyar Musayev Kamran Quliyevi “yıxıb-sürüdü”
“Sumqayıt”ın prezidenti isə ittihamlar qarşısında susdu
Veteran futbolçu, Sadıq Sadıqovun prezidentliyi dönəmində “Neftçi”nin məşqçilər korpusunda yer alan Bəxtiyar Musayev futbolinfo.az saytına geniş müsahibə verib. Hazırda menecerliklə məşğul olan Bəxtiyar bəy bu gün futbolumuzda yaşanan problemlərə toxunmaqla yanaşı, bəzi klubların “bostanına daş atmağı” da unutmayıb. Musayevin əsas hədəfi sabiq klubu olan “ağ-qaralar”ın rəhbərliyi və “Sumqayıt”ın prezidenti Kamran Quliyev olub. Bəxtiyar bəyin xüsusilə Quliyev barədə səsləndirdiyi fikirlər çarpıcıdı. O həmkarımızın “bəs Sumqayıtda niyə uşaq yetişmir? Bölgələrdə və paytaxtda olan bir çox problemlər bu şəhərdə yoxdu. Məşqçilər də var, şərait də” sualına belə cavab verib: “Deməli, işə rəhbərlik edənlər düzgün seçilməyib. Təkcə şəraitlə iş bitmir, bu məsələlər kompleks şəklində olmalıdı. Bildiyimə görə, Sumqayıtda yaxşı məşqçilər, veteran futbolçular da var. Sumqayıt futbol şəhəri olub, daim milli komandalarımız, klublar üçün istedadlı futbolçular yetişdiriblər. Orada şərait indi əvvəlkindən daha yaxşıdı. Deməli, klub rəhbərliyi məşqçilərə lazımi qayğını göstərmir, ya da işə nəzarət etməyi bacarmırlar. “Qəbələ”dən, “Neftçi”dən icarəyə futbolçu götürürlər, halbuki özləri yetişdirmək üçün hər cür imkana malikdilər”.
Bu sözlərlə ürəyi soyumayan Musayev ardından Kamran Quliyevin ünvanına daha tikanlı fikirlər səsləndirib: “Özləri işləyə bilməmələri bir yana, başqalarının işlərinə burun soxurlar. “Neftçi”də işləyəndə qulaq şahidi oldum. Gördüm ki, Çingiz Abdullayev Ruslan Qurbanovu tərifləyir. Həmin vaxt Ruslan ən pis vaxtlarını keçirirdi, tərifə layiq deyildi. Amma Müşahidə Şurasının sədri deyirdi ki, “belə davam et, daha da yaxşı olacaq”. Tərifləsin, amma gərək futbolçu da ona layiq olsun, əks halda bu, pis effekt verir. Qəribəsi odu ki, Abdullayev bunu “Sumqayıt”ın prezidenti Kamran Quliyevin dediklərindən sonra dilə gətirirdi. Ruslana deyirdi ki, “səni Kamran da mənə təriflədi, bizdə olandan sonra “artırdı” dedi. Bu söz mənə təsir etdi. Biz “Neftçi”də işləyəndə “Sumqayıt”a xeyli futbolçu vermişik. Perspektivlilərdən Elşən Abdullayev, Slavik Alxasov, Ruslan Qurbanov, Emil Balayev, Tərlan Quliyev təcrübə qazanmağa göndərilsə də, həmişə zəifləyərək geri qayıdıblar. Milli komandamız hər dəfə qələbə qazananda Sumqayıtda Müşahidə Şurası toplaşır və ordan da rəy çıxarırlar ki, bəs klubumuzda oynamış futbolçuların da sayəsində belə bir uğur olub. Yəni qələbələrdən öz paylarını götürmək istəyirlər. Utanmırlar. Siz axı nə etmisiz? İcarəyə götürdüyünüz futbolçuları şikəst edib qaytarmısız da. Sizin bir yetirməniz ola bilərdi – Orxan Əliyev. Çox istedadlı idi, necə məhv etdizsə, inkişafdan dayandı, heç yerdə möhkəmlənə bilmir. Yığma udanda onun-bunun futbolçusunu öz adınıza çıxmaqla deyil. Kamran Quliyev ondansa öz ətrafına baxsın, klubuna diqqət etsin, işləri düzgün qurub futbolçu yetişdirsinlər. Öz klublarını yaddan çıxarıb başqalarına oyunçu axtarmaq, digər klublar üçün toplanış təşkil etmək qazanmaq həvəsindən irəli gəlir. Daha yaxşı olardı ki, Quliyev onun-bunun işinə qarışmaqdansa, başqalarını müzakirə etməkdənsə, tərifləməkdənsə, öz klubu ilə məşğul olsun, işçiləri də nümunə götürsün. Bəli, bu dəqiqə xoşagələn futbol oynayırlar, danmaq olmaz. Amma öz yetirmələri yoxdu”.
Bəxtiyar bəyin söylədiklərinə “kimyaçılar”ın prezidentinin mövqeyini öyrənmək istədik. Lakin Kamran bəy ona yönələn ittihamlara cavab verməyi lazım bilmədi. Susmaq isə razılıq əlaməti sayılır. Belə çıxır ki, “Sumqayıt”ın prezidenti Musayevin ittihamları ilə razılaşır.
RƏŞAD

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər