Sizin reklam burada

“Zaqatala”nı “Simurq”un sabiq oyunçusu çalışdıracaq

Baxış Sayı:841

“Zaqatala”nı “Simurq”un sabiq oyunçusu çalışdıracaq
Ötən mövsüm birinci divizionun iddialılarından sayılan, hətta elitaya yüksəlməyi hədəfləyən “Zaqatala” cari birincilikdə özünə bənzəmir. Bölgə təmsilçisinin qış fasiləsinə sonuncu pillədə yollandığını xatırlatmaq kifayətdi.
Dəyişiklik etməyi qərara alan klub rəhbərliyi bir müddət əvvəl Şaban Şirdanovu əvəzləyən baş məşqçi İlqar Aslanovu vəzifəsindən kənarlaşdırmağı qərara alıb. Aslanova klubda başqa iş tapşırılacaq. Onu bu vəzifədə Rüstəm Məmmədov əvəzləyəcək. İki il əvvələ kimi yaşıl meydanlarda top dalınca qaçan, uzun illər “Simurq”un uğurları üçün tər tökən Məmmədov artıq neçə vaxtdı məşqçi kimi çalışır. “Zaqatala”ya gələnə qədər “Qəbələ”nin Futbol Akademiyasında fəaliyyət göstərirdi.
Yanvarın 10-da “Zaqatala” təlim-məşq toplanışına başlayacaq ki, Rüstəm Məmmədov komanda üzvlərinə təqdim olunacaq və bununla da yeni işinin icrasına başlayacaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR