Bakı Futbol Liqası kimsəsizləri sevindirdi
Kamil Məmmədovla sabiq futbolçular arasında gərgin mübarizə gedir
Premyer-liqada və birinci divizionda fasilə yaransa da, paytaxtdakı müxtəlif meydanlarda futbol ab-havası yaşanmaqdadı. Bu mənada yeni yaradılan həvəskarlardan ibarət Bakı Futbol Liqası diqqəti çəkməyə bilməz. Əvvəla ona görə ki, yarışda həmkarlarımız və keçmiş futbolçulardan qurulmuş “İdman Azərbaycan” komandası çıxış edir. Və 12 turdan sonra digər 9 rəqibinin hamısını qabaqlamaqla turnir cədvəlinə başçılıq edirlər. Bu haqda daha ətraflı az sonra.
10 komandanın mübarizə apardığı turnirdə idman telekanalından başqa “BeerBaşa”, “Vətən”, “Bakı FK”, “Captain FK”, “Armada FK”, “Mr.Fix”, “AtaBank”, “Kristal R&R”, “Forever Young” komandaları yarışır. 12 tur geridə qalıb ki, çempionluq adı uğrunda ilk dörd komandanın şansları yüksək qiymətləndirilir. Bu da səbəbsiz deyil. Mayda 8 nəfərlik futbol növündə Moskvada həvəskarlar arasında dünya çempionatı baş tytacaq ki, bu yarışı 1-ci pillədə başa vuran komanda üzvləri Rusiyanın paytaxtına yollanmaq imkanı qazanacaq. Bir həftə davam edəcək həmin yarışın bütün xərclərini Bakı Futbol Liqasının rəhbərliyi qarşılayacaq. Belə deyək, dava Moskva davasıdı.
“İdman Azərbaycan”, “BeerBaşa” , eləcə də “Vətən”in heyətində futbol ictimaiyyətinə kifayət qədər tanış simalar yer alıb. Məsələn, birincilərdə telekanalda çalışan həmkarlarımızdan başqa, Fizuli və Xaqani Məmmədov qardaşları, İlham Yadullayev, Hüseyn Məhəmmədov, Mehman Yunusov, Ceyhun Sultanov, Xəyal Mustafayev, Əli Abuşov, Namiq Əliyev, Yaşar Abuzərov kimi ötənlərin məşhur futbolçuları yer alıb ki, əksəri vaxtilə əsas yığmanın şərəfini qoruyub. “BeerBaşa”nın yarışda iştirakını təmin edən isə həm də komandanın kapitanı olan agent Kamil Məmmədovdu. Bu cür yarışlara komanda çıxarması ilə tanınan Məmmədov çempion adını qazanmaq üçün “İdman Azərbaycan”la əməlli-başlı mübarizəyə girişib. Hətta növbəti turlarda uğurlu çıxış etmək üçün Məmmədov yeni futbolçular transfer etməyi planlaşdırır. Maraq üçün qeyd edək ki, ilk dövrədə baş tutan və yetərincə gərgin keçən “İdman Azərbaycan” – “BeerBaşa” qarşılaşmasında birincilər 4:3 hesablı qələbəyə sevinib. “Vətən” də “az aşın duzu” deyil. Düzdü, xal baxımından əsas rəqiblərindən geri qalır. Lakin heyətlərində Xəyal Zeynalov, Fərrux İsmayılov və Alim Qurbanovun yer aldığını düşünəndə, xal fərqinin “ərimək” ehtimalına şübhə qalmır. Qısası, finişə doğru mübarizənin bir az da qızışacağı indidən bilinir. Yekunda “İdman Azərbaycan”ın, yoxsa “BeerBaşa”nın qalib adını qazanacağını bütün yarış iştirakçıları həvəslə gözləyir.
Bakı Futbol Liqasının rəhbərliyi yarışın baxımlı və maraqlı alınması üçün əlindən gələni etməyə çalışır. Məsələn, iştirakçıların iş fəaliyyəti nəzərə alındığından, 5 oyunun hamızı bazar günü keçirilir. Hər biri 30 dəqiqədən ibarət olmaqla 2 hissə davam edir. Bundan başqa, oyunların hər biri liqanın “yutub” kanalında canlı yayınlanır. Bfl.az adı altında rəsmi sayt və BFL adlı “feysbuk” səhifələri mövcuddu. Oyunların nəticələri canlı təqdim olunur. Qol və vərəqə müəllifləri də diqqətə çatdırılır. Bir sözlə, adı həvəskar birincilik olsa da, işlər peşəkar səviyyədə qurulub.
Bütün bunlar haqda dost-tanışdan eşitdiyimdən və marağımı çəkdiyindən, fürsətdən istifadə edib dünən lider “İdman Azərbaycan”la autsayder “Forever Young” arasında baş tutan matçı canlı izlədim. Oyun başlamamış stadionda bayram ab-havasının olması təsadüfi deyilmiş. Sən demə, Bakı Futbol Liqasının rəhbərliyi həm də xeyriyyə aksiyalarının fəal iştirakçılarındandı. Buna qədər müxtəlif aksiyalarla yadda qalan rəsmilər bu dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətiylə valideyn qayğısından məhrum olan “SOS uşaq kəndləri” internat məktəbinin uşaqlarını sevindirmək qərarına gəlibmiş. 20-yə yaxın uşağa yemək süfrəsi açıldı, ardınca müxtəlif hədiyyələr təqdim olundu. Hətta kimsəsiz uşaqlardan birinə “Kristal R&R” – “AtaBank” oyununda topa ilk toxunmaq imkanı yaradıldı. Xatirə şəkilləri çəkdiriləndən sonra isə oyuna baxdılar. Vaxtilə premyer-liqada fit çalmış Elnur Muradovun idarə etdiyi “İdman Azərbaycan” – “Forever Young” görüşünün yekun nəticəsi isə 12:5 birincilərin xeyrinə başa çatdı.
Fürsətdən istifadə edib Bakı Futbol Liqasının direktoru Natiq Əlixanova yaxınlaşıb, həm təşkil etdikləri yarış, həm də xeyriyyə tədbiri ilə bağlı fikirlərini dinlədik: “Valideyn qayğısından məhrum olan uşaqları sevindirmək hər birimizin borcudu. Bakı Futbol Liqasının rəhbərliyi belə təşəbbüs irəli sürdü ki, fikrimcə, bayram ərəfəsində belə addımların atılması başadüşüləndi. Qarşıdakı bayramlarda da tədbirlərimiz davam edəcək. Kimsəsiz uşaqlar nəinki Bakı Futbol Liqasının, xalqın qayğısını hiss etməlidi. Bu cür layihələrdə bizə dəstək olan siz media nümayəndələrinə də təşəkkür edirik... Məqsədimiz futbola marağı bir az da artırmaqdı. Ötənlərin məşhur futbolçularını görürsüz. Onları tanımayan, demək olar ki, yoxdu. Öz dövrlərində ad qoyan futbolçular olublar. Bu da futbola başlamaq istəyən, yaxud yeni-yeni oynamağa başlayanlar üçün stimuldu. Birinci ildə yarışı 10 komanda ilə keçirməyi qərara aldıq. Növbəti mövsümlərdə komanda sayı artırılacaq. Geniş planlarımız var. Bu yarış AFFA-nın bayrağı altında keçirilmir. Müəyyən danışıqlar olub və baş katib Elxan Məmmədov bildirib ki, turnir müntəzəm keçirilsə, AFFA da hansısa mənada kömək və dəstəyini nümayiş etdirəcək”.
HƏBİB

Son xəbərlər

“Çelsi” “Lester”in oyunçusu ilə razılığa gəldi

“Komandamın ifasında aqressiv futbol görmək istəyirəm” - Laurentsiu Regekampf

“Qollardan sonra toparlanmaq çətin idi” - Yaşar Vahabzadə

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

“Neftçi” - “Kəpəz” matçında qol yağışı - YENİLƏNİB

“İnter” oyunçusunu icarəyə verdi

İngiltərədən İtaliyaya yollandı

“Qarşıdakı turlarda daha yaxşı komanda görəcəyik” - Elmar Baxşıyev

“Barselona” oyunçusunu “Valensiya”ya yolladı

“Bizə vaxt lazımdı” - Vüqar Əsgərli

“Neftçi”də ciddi itki

Millimiz məğlub oldu - KONYA-2021

Şöhrətin zirvəsindən dəmir barmaqlıqlar arasına!

De Byazi bu gün Bakıda olacaq

“Füzuli”nin prezidenti “Neftçi”nin futbolçusunu təhqir etdi

Bernardo Silva “Mançester Siti”dən ayrılacaqmı? - MÜSAHİBƏ

"Liverpul"da yeni müqavilə

Kostiç "Yuventus"da

"Sampdoriya"dan yeni transferlər

"Latsio" 2 futbolçusunu icarəyə göndərdi

“O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb” - Yulian Nagelsmann

Provedelin yeni klubu müəyyənləşdi

Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

Bütün xəbərlər