Sizin reklam burada

Aqil Məmmədov “özfəaliyyət”i qəbul etmədi

Baxış Sayı:1 070

Aqil Məmmədov “özfəaliyyət”i qəbul etmədi
MOİK Vadar Nuriyevə tapşırıldı
Ötən saylarımızın birində MOİK-in baş məşqçisi Aqil Məmmədovun rəhbərliklə fikir ayrılığı səbəbindən klubda qalıb-qalmayacağının sual altında olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, 45 yaşlı mütəxəssis ondan xəbərsiz üç futbolçunun – Bilal Mustafazadə, Qərib İbrahimov və Tofiq Mikayılovun kollektivdən uzaqlaşdılması ilə barışmadığından düşərgədən ayrılmaq fikrinə düşüb.
Məmmədov bu həftənin əvvəlində MOİK-in rəisi Rəşad Quliyevlə görüşdükdən sonra son qərarını verib.Vaxtilə premyer-liqada “Sumqayıt”ı, ötən mövsüm birinci divizionda “Mil-Muğan”ı çalışdıran mütəxəssis “hərbçilər”in “sükanı arxasında” olmaqdan imtina edib.
Səbəb isə sadədi: Aqil bəy klub rəhbərliyinin işinə müdaxiləsini qəbul etməyib. Onun ayrılığından sonra boş qalan post Vadar Nuriyevə tapşırılıb.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR