Sizin reklam burada

Polina Rəhimova yarımfinalda dayandı

Title
Polina Rəhimova yarımfinalda dayandı
Qadınlar arasında voleybol üzrə Türkiyə kubokunda mübarizə həlledici mərhələyə qədəm qoyub. Əvvəlcə 1/4 final oyunları haqda. İstanbul derbisində “Beşiktaş” daha güclü heyətə malik “Qalatasaray”a müqavimət göstərə bilməyib – 0:3 (17:25, 17:25, 20:25). Marqarita Əzizova hesabına cəmi 4 xal yazıb. “Bəylikdüzü” çempionluğa iddialı “Vakıfbank” qarşısında aciz qalıb - 0:3 (21:25, 16:25, 23:25). Bu mövsüm məhsuldarlığı ilə diqqəti çəkən Yana Ağayeva bu görüşdə 6 xal toplaya bilib. Polina Rəhimovalı “Fənərbaxça” isə Odina Bayramovanın formasını geydiyi “Seramiksan”ı mübarizədən kənarlaşdırıb – 3:0 (25:22, 25:21, 25:18). Rəhimova 8 xalla qələbədə pay sahibi olubsa, Bayramovanın gücü 6 xala çatıb. Yarımfinalda “Fənərbaxça” “Vakıfbank”la bacarmayıb – 1:3 (15:25, 25:23, 15:25, 19:25). Polina 25 xalla qarşılaşmanın ən məhsuldar voleybolçusu olsa da, bu, təsəllidən başqa bir işə yaramayıb. “Əczaçıbaşı” isə “Qalatasaray”dan güclü olub – 3:1 (25:19, 25:17, 16:25, 26:24).
Rusiya kubokunun yarımfinalında “Dinamo” Kazanda “Proton”a şans tanımayıb – 3:0 (25:11, 25:14, 25:13). Natalya Məmmədova 11 xalla qələbədə rol oynayıb. “Dinamo” finalda “Yenisey”lə münasibətləri aydınlaşdıracaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.