Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi istefa verib

24.06.2023 17:53 259
İdman
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov vəzifəsindən istefa verib.

"Football-plus.az" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Abbasov yazıb:

"Əziz və doğma kollektivim! Sizlərlə birlikdə uzun müddət çalışmaq xoş idi. Hər birinizə gələcəkdə nazirliyimizin iş fəaliyyəti yolunda uğurlar arzulayıram!".


Qeyd edək ki, Raqif Abbasov 2007-ci ildən BŞGİBİ-nin rəisi vəzifəsində çalışırdı.