Sizin reklam burada

İki rəqib məlum oldu, Gerye rəmzi komandada

Baxış Sayı:814

İki rəqib məlum oldu, Gerye rəmzi komandada
“Qarabağ” 1/4 finala yüksəldi
"Qarabağ"ın qış fasiləsindəkı hazırlıq planının detallarına aydınlıq gəlməkdədi. Ağdamlılar yanvarın 9-da Antalyaya yollanacaq. Qurban Qurbanovun komandası fevralın 4-nə kimi qardaş ölkədə təlim-məşq toplanışında olacaq ki, 25 günlük hazırlıq prosesi çərçivəsində 5 yoxlama oyunu planlaşdırılır. Rəqiblərdən artıq ikisinin adı məlumdu. İlk yoxlama matçını ayın 17-də keçirmək istəyən "Qarabağ”ın növbəti rəqibi Polşa "Legiya"sı olacaq. Qdansk təmsilçisinin rəsmi saytında yerləşdirilən xəbərdə matçın yanvarın 20-də keçiriləcəyi yazılıb. “Qarabağ”ın rəqiblərindən daha birinin adına aydınlıq gəlib. Ağdamlılar Rusiya “Şinnik”iylə də qarşılaşacaq. Bu barədə ikinci divizion təmsilçisi rəsmi saytı vasitəsilə informasiya yayıb. Həmin görüş yanvarın 30-da keçiriləcək.
Bu arada KONKAKAF zonasında ən yaxşı oyunçuların seçimi üçün səsvermə tamamlanıb. “Qarabağ”ın və Haiti yığmasının üzvü Vild-Donald Gerye ən yaxşı yarımmüdafiəçilər arasında yer alıb. Qeyd edək ki, səsvermə dekabrın 14-dək davam edib. KONKAKAF-ın 2017-ci il üçün rəmzi komandasında bu futbolçular yer alıb: qapıçı - Keylor Navas (Kosta-Rika, “Real”); müdafiəçilər - Hektor Moreno (Meksika, “Roma”), Kendall Uoston (Kosta-Rika, “Vankuver Vaytkaps”), Roman Torres (Panama, “Sietl Saunders”); yarımmüdafiəçilər - Brayan Ruis (Kosta-Rika, “Sportinq”/Lissabon), Kristian Pulişiç (ABŞ, “Borussiya” D), Hektor Errera (Meksika, “Porto”), Vild-Donald Gerye (Haiti, “Qarabağ); hücumçular - Albert Elis (Honduras, “Hyuston Dinamo”), İrvinq Losano (Meksika, PSV).
“Qarabağ”dan söz düşmüşkən, ağdamlıların U-12 komandasının Tiflisdə keçirilən “Bendela CUP” beynəlxalq turnirində iştirak etdiyini bilirsiz. Araz Bağırovun yetirmələrinin ilk oyunda Bolnisidən olan həmyaşıdalarına böyük hesabla (5:1) qalib gəldiyini də xəbər vermişdik. “Qarabağ” turnir çərçivəsində daha iki oyun keçirib. Srağagün Tiflis “Dinamo”su ilə qarşılaşan Bağırovun komandası məğlub olub (1:2). Təmsilçimizin heyətində İlkin Cəfərli fərqlənib. Dünən isə yarışın təşkilatçılarından olan “Saburtalo-2” ilə oynayan “Qarabağ” heç-heçə ilə kifayətlənib – 1:1. Rəqib qapıçını Vüqar Bağırov məyus edib. Qrup səddini adlayaraq 1/4 finala vəsiqə qazanan U-12 sabah Rustavidən olan həmyaşıdları ilə qarşılaşacaq.

Oxşar xəbərlər
{related-news}
SON XƏBƏRLƏR