Sizin reklam burada

“Bakı”ya daha bir zərbə “Delfin” MMC-dən gəldi

Müəllif: football Tarix: 21-12-2017, 15:47 1 066 Baxış
“Bakı”ya daha bir zərbə “Delfin” MMC-dən gəldi
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Delfin” MMC Hafiz Məmmədovun prezidenti olduğu “Bakı”nın xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə tələb irəli sürüb. Məhkəmə prosesi zamanı “Bakı” rəhbərliyi qarşı tərəfdən “pulun tutulması” barədə qarşılıqlı iddia qaldırıb. Qərara əsasən ilkin iddia təmin edilib, qarşılıqlı iddia isə rədd olunub. Məhkəmə qərarından narazı qalan “zolaqlılar”ın rəsmiləri apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Məsələ ilə bağlı klubun icraçı direktoru Yaşar Seyidovun fikirlərini öyrənməyi lazım bildik. Ancaq Yaşar bəy başverənlərdən xəbərsiz olduğunu dedi: “Məhkəməyə təqdim olunan sənədlərlə tanış olmadığımdan bu məsələ ilə bağlı ətraflı məlumat verə bilməyəcəm”.
Xatırladaq ki, hazırda həvəskarlar liqasında mübarizə aparan “Bakı” vaxtilə iki dəfə premyer-liqanın qalibi olub, üç dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Maliyyə sıxıntısı yaşayan paytaxt təmsilçisi hazırda AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalarda “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” adı ilə təmsil olunur.
RƏŞAD
SON XƏBƏRLƏR