Sizin reklam burada

İntizam Komitəsi ilin son cəzalarını açıqladı

Title
İntizam Komitəsi ilin son cəzalarını açıqladı
Dünən AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Komitə üzvləri ötən həftə ölkə kubokunda 1/4 final mərhələsinin cavab görüşlərində yaşananları müzakirə edib və hüquqi qiymət veriblər. Dörd oyundan ikisində pozuntu baş verib. “Neftçi” – “Zirə” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb ki, bu da 800 manat cərimə deməkdi. Oyunun 4-cü uzatma dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Yovan Krneta isə ağır cəza ilə üzləşib. Komitə onu 4 oyunluq uzaqlaşdırıb, klubunu 3200 manat cərimələyib.
“Sumqayıt” – “Qarabağ” matçının 90-cı dəqiqəsində isə yerli azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə edilib ki, nəticədə klub 800 manat “tərləyib”.
Beləliklə, son iclasda klublara 4800 manat cərimə kəsilib. Bu isə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğin 54940 manata çatması deməkdi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.