• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Taylı tayını necə tapıbsa... - KÖŞƏ

Yığma / Yazarlar

21-06-2023, 22:0

İllərdi bunu yazıram, Canni de Byazi Estoniya ilə oyundan sonrakı mətbuat konfransında təsdiqləmiş oldu.

Adam diliylə dedi ki, AFFA onu Azərbaycan millisindəki işindən qovmadıqca istefa vermək niyyəti yoxdu. Bu sözün arxasında o dayanır ki, pulumu versinlər, məni qovsunlar, sizin mənə verməli olduğunuzu qəpiyinə kimi almasam, heç yerə gedən deyiləm. İnsan həyatı əbədi olmadığı kimi, hansısa vəzifə də əbədi deyil. Gəlirsən, vaxtın çatanda da gedirsən. Mən De Byaziyə pis heç nə arzulamıram. Allahı bilər, özü bilər. Amma adam gərək həyatını şərəflə yaşasın, öz işini də vicdanla görsün. Puldan, vəzifədən ikiəlli yapışıb, simasızlıq etməsin. Özü də yaşının ahıl vaxtında.

Atalarımız deyir ki, atı atın yanında bağlayanda rəngi dəyişməsə də, xasiyyəti dəyişir, bu atlar həmxasiyyət olur. Bu məsəli ona görə çəkirəm ki, De Byazinin kobudluğu, həddini aşması onun tərcüməçisinə də siyarət edir, italyan dilində danışan cavan oğlan da nəzakət qaydalarını unudur. “CBC Sport”un xanım aparıcısının normal sualları qarşılığında kobudluq edən De Byazi və onun tərcüməçisi təkcə o xanımı yox, hamımızı təhqir etdi. Qarşılarındakı jurnalistə “sən” deyə müraciət edən cütlük bütün etiket qaydalarına həyasızcasına tüpürdü. İtalyan dilini bilmədiyim üçün De Byazinin xanım həmkarımıza “sən” deyə müraciət edib-etmədiyi bizim üçün qaranlıqdı. Amma qulağımızla eşitdik ki, tərcüməçi “CBC Sport”un xanım aparıcısına “sən nə gözləyirdin ki, Azərbaycan İsveçlə Belçikanı məğlub edəcəkdi?” dedi. Burda aparıcının cinsiyyətinin heç önəmi də yoxdu. Lap elə onlara mikrofon uzadan şəxs kişi olsaydı belə, nə De Byazinin, nə də tərcüməçisinin belə davranmağa ixtiyarı var. Bu davranışın xanıma qarşı canlı yayın zamanı sərgilənməsi isə ikiqat qəbahətdi.

Çox təəssüf ki, “CBC Sport” öz əməkdaşına sahib çıxmaq, De Byazidən üzrxahlıq tələb etmək cəsarətində deyil. Bu da ondan irəli gəlir ki, telekanal AFFA-dan asılıdı, ora təyin olunan əməkdaşlar assosiasiya tərəfindən seçilir. Belədə De Byaziyə qarşı icazəsiz üsyan etmək elə AFFA-ya, onun rəhbərliyinə üsyanda olmaqdı. Halbuki bir vaxtlar bu “üsyan bayrağı” “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı böyük həvəslə qaldırılırdı, mətbuat konfransında yaşanan kiçik anlaşılmazlığa böyük bir süjet həsr edilirdi. De Byazinin etdikləri daha qaba idi, təbii ki, cavabı mütləq olmalıydı. Həm italyan mütəxəssis, həm də onun tərcüməçisi başa düşməliydi ki, belə davranışa yol vermək olmaz. Öz davranışlarına, ayıblarına kor olmaq əvəzinə başqalarına futbol dərsi keçmək, yalanı bu xalqın gözünün içinə söyləməyə çalışmaq utanmazlığın ən böyüyüdü.

Heç şübhə etmirəm ki, italiyalı çalışdırıcı AFFA rəsmiləri ilə də belə saymazyana davranıb. “Bəxt üzüyü”ndəki şair Moşu Göyəzənlinin sözü olmasın, AFFA-nın nəzarətindəki telekanalın xanım əməkdaşına qarşı kobudluq elə AFFA-nın özünə yönələn kobudluqdu. Gerçəklik budu ki, italiyalının ayağı yer alıb, özünəinamın, bağladığı müqaviləyə arxayınlığın nəticəsində heç kimi saymır. İcraiyyə Komitəsinin iclasına gəlib, ordakı müzakirələri yarımçıq və özündənrazı şəkildə tərk etməsi də elə bu davranışın bir hissəsi idi. Adam öz kefindədi. Azərbaycan millisi uddu, ya uduzdu, yaxşı oynadı, ya pis oynadı - onun üçün fərqi yoxdu. Onunla elə müqavilə bağlayıblar ki, nə nəticə tələb edə bilirlər, nə də hesabat. Hamı oturub vədənin tamam olmasını gözləyir. Müqaviləsinin müddəti başa çatacaq və De Byazi Azərbaycanı tərk edəcək. O vaxta kimi isə hazır maaşını alacaq, üzülmək vətənpərvər və vicdanlı azərbaycanlılara qalacaq.

Dözün, əziz həmvətənlərim, dözün. Dözməkdən başqa çarəmiz yoxdu. De Byazi AFFA-nın başına elə oyun açır ki, Berti Foqtsun da, Robert Prosineçkinin də ölənlərinə rəhmət oxutdurur. Bir sözlə, daş qayaya rast gəlib. Gün gələr, daşdan-qayadan qurtularıq...

AMAL

Paylaş:
Digər xəbərlər

Aktual / Yığma

21-06-2023, 16:0

Vaqif Sadıqov: “Ehtiyac olarsa, onun göndərilməsinə də iclasda baxıla bilər”

Aktual

20-06-2023, 14:0

“AFFA 30 ildən artıqdı bina tikir”

Aktual / Manşet / Günün xəbəri

7-04-2022, 12:0

Vaqif Sadıqov: “Canni de Byazi cavab verəcək!” - ÖZƏL AÇIQLAMA

Yığma

1-12-2022, 09:0

Canni de Byazi Azərbaycan millisindən ayrılır? - İDDİA

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Bu gün, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 213
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 196
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 154
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə