Sizin reklam burada

Yaşar Vahabzadə Yunis Hüseynovun köməkçisi oldu

Title
Yaşar Vahabzadə Yunis Hüseynovun köməkçisi oldu
“Kəpəz”in əsas komandasının məşqçilər korpusuna daha bir məşqçinin adı əlavə olunub. Yaşar Vahabzadə baş məşqçi Yunis Hüseynovun köməkçisi təyin edilib. Xatırladaq ki, 57 yaşlı mütəxəssisin son iş yeri uzun illər çalışdığı U-21 yığması olmuşdu. Vaxtilə Bernard Lippertin köməkçisi kimi çalışan Vahabzadə son iki ildə baş məşqçi səlahiyyətlərini yerinə yetirirdi.
Yaşar bəy təyinatı ilə bağlı klub saytına açıqlama verməyə də imkan tapıb: “Mənə etimad göstərən insanlara təşəkkür edirəm. Yunis müəllim əlaqə saxlayıb, onunla birgə işləməyi təklif etdi. Dəvətini qəbul etdim. Bu mənim premyer-liqada ikinci iş yerim olacaq. Məşqçilik karyerama “Neftçi”də başlamışdım. Sonra fəaliyyətimi müxtəlif yaş qrupları üzrə yığmalarda davam etdirdim. İndi isə “Kəpəz”də çalışacam. Gəncə klubu ölkəmizin ən köklü, titullu komandalarındandı. “Kəpəz”in əvvəlki şöhrətini bərpa etməsi, yenidən uğur qazanması üçün əlimdən gələni edəcəm”.
Vahabzadənin “Kəpəz”ə məşqçi təyin edilməsi təsadüfi sayılmır. Bu mütəxəssisin uzun illər yığmada çalışması AFFA rəhbərliyinə yaxın olması deməkdi. Gəncə təmsilçisinə isə artıq üçüncü ildi assosiasiya maliyyə ayırır. Çox güman, məlum təyinat qurumun başbilənlərinin razılığı əsasında gerçəkləşib.
Maraq üçün qeyd edək ki, Yunis Hüseynovla Yaşar Vahabzadə vaxtilə “Neftçi”də və yığmada çiyin-çiyinə oynayıblar.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.