Hər biletdən bir manat Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

19.06.2023 12:16 275
Ölkə futbolu / Konfrans Liqası
"Sabah" Konfrans Liqasında ev oyunları üçün bilet satışından əldə ediləcək gəlirin bir hissəsini işğaldan azad olunmuş torpaqların bərpası üçün ayıracaq.

"Football-plus.az" xəbər verir ki, hər biletdən bir manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Qeyd edək ki, "Sabah" Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu raundun püşkü iyunun 21-də atılacaq. "Bayquşlar" ilk görüşünü iyulun 27-də, cavab matçını avqustun 3-də keçirəcək.