Sizin reklam burada

Rusiya klubu Kamil Bayramova tapşırıldı

Müəllif: football Tarix: 20-12-2017, 17:52 791 Baxış
Rusiya klubu Kamil Bayramova tapşırıldı
Rusiya klublarından biri azərbaycanlı baş məşqçiyə həvalə olunub. Söhbət 2-ci divizionun şərq zonasında mübarizə aparan "SKA-Rostov"dan gedir. Bu haqda championat-rostov.ru saytı məlumat yayıb. Srağagün klubun baş direktoru Sergey Çebotaryov və idman direktoru Oleq Dovqalyov azarkeşlərlə görüşüb. Görüşdə komandanın yeni baş məşqçisi Kamil Bayramov və köməkçisi Aleksandr Tatarkin təqdim edilib. 45 yaşlı Kamil Bayramov əvvəllər "SKA-Rostov"un əvəzedici komandasına başçılıq edərək, regional liqanın qalibi olub. O yığmada və “Neftçi”də oynayıb, A kateqoriyalı məşqçi lisenziyası var, uzun illərdi Rostovda yaşayır. Qeyd edək ki, Rusiyanın sayca 3-cü liqasında çıxış edən “SKA-Rostov" cari mövsüm keçirdiyi 18 oyunda 27 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
SON XƏBƏRLƏR