Sizin reklam burada

Yığma üzvlərinin duelində Avropa çempionu sevindi

Baxış Sayı:477

Yığma üzvlərinin duelində Avropa çempionu sevindi
Bakı İdman Sarayında güləş üzrə ölkə çempionatı davam edir. Dünən Yunan-Roma güləşində 5 çəki üzrə medalçılar müəyyənləşib. Ciddi sürpriz baş verməyib. Yalnız bir gün əvvəl 97 kq-da yığmanın “1 nömrə”si sayılan Orxan Nuriyevin finala çıxmaması təəccüblə qarşılana bilər. Gənc idmançı bürünc medalla təsəlli tapıb. Əsas diqqətlər 82 kq-da baş tutan final görüşünə yönəlib. Yuxarı çəkiyə qədəm qoyan Elvin Mürsəliyev Avropa çempionu Rafiq Hüseynovla bacarmayıb. Bu qarşılaşmada yığma üzvləri hansısa fənddən xal qazanmayıb. Duelin taleyini qeyri-fəal güləşə görə verilən cərimə xalları həll edib. Sonuncu xalı Hüseynov qazandığından ölkə çempionu olub. Medalçılarla tanış olun:
55 kq: 1. Ziya Zeynalov, 2. İbrahim Nurullayev, 3. Eldəniz Əzizli, Zülfüqar Əliyev
63 kq: 1. Taleh Məmmədov, 2. Mikayıl Rəhmanov, 3. Elçin Həsənov, Vilayət Qəhrəmanlı
72 kq: 1. Ülvi Qənizadə, 2. Namaz Rüstəmov, 3. Nofəl Babayev, Sənan Süleymanov
82 kq: 1. Rafiq Hüseynov, 2. Elvin Mürsəliyev, 3. Nicat Abdullayev, Elton Vəzirzadə
97 kq: 1. Türmən Eyyubov, 2. Saqimaqomed Omarov, 3. Kamil Məmmədov, Orxan Nuriyev
Bu gün “klassiklər”in mübarizəsi başa çatacaq. Güləşsevərlər axşam saatlarında 60 kq-da Sakit Quliyev (Neftçi) - Murad Bazarov (ROİL), 67 kq-da Kamran Məmmədov (DİN) - Elman Muxtarov (MOİK), 77 kq-da
Həsən Əliyev (MOİK) - Hüseyn Abbasov (Sumqayıt), 87 kq-da Arif Niftullayev (Neftçi) - İslam Abbasov (MOİK) və 130 kq-da Oyan Nəzəriani (Atasport) - Cavid Feyziyev (Pəhləvan) finalını izləyəcəklər. Buna qədər isə sərbəst güləşdə 57, 65, 74, 86 və 97 kq-da ilkin döyüşlər keçiriləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR