Sizin reklam burada

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Baxış Sayı:499

Cüdoçularımızın rəqibləri müəyyənləşdi
Cüdo yığmamızın bu gün Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək “Masters” turnirində qüvvəsini sınayacağını xəbər vermişik. İkigünlük yarışda ölkəmizi 8 kişi cüdoçunun təmsil edəcəyini bilirsiz. 46 ölkədən 214 (109 kişi, 105 qadın) cüdoçunun mübarizə aparacağı turnirin püşkü atılıb. Orxan Səfərov (60 kq) startda özbək Şərəfuddin Lutfillayev, Rüstəm Orucov (73 kq) amerikalı Aleksandr Turner, Hidayət Heydərov (73 kq) monqolustanlı Xadbaatar Naranxuu, Məmmədəli Mehdiyev (90 kq) Monqolustanın digər təmsilçisi Altanbaqana Qantulqa, Tural Səfquliyev (90 kq) rusiyalı Xusen Xalmurzayev, Elxan Məmmədov (100 kq) isveçli Xoakim Dvarbi, yenidən yığmaya qayıdan Elmar Qasımov (100 kq) rusiyalı Niyaz Bilalov, Uşanqi Kokauri (+100 kq) isə monqolustanlı Duurenbayar Ulziibayarla münasibətləri aydınlaşdıracaq.
Bu arada Yaponiyada Beynəlxalq Cüdo Təhsili proqramı üzrə seminarlar keçirilib. Dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramında müxtəlif ölkələrdən məşqçilər iştirak edib. Onlar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələnib. Seminarda ölkəmizi yeniyetmələrdən ibarət yığmanın məşqçisi Zaur Babayev təmsil edib. Həmyerlimizə proqramın diplomu verilib. Babayevə diplomu Yaponiya Cüdo Federasiyasının prezidenti Yamaşita Yasuhiro təqdim edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR