Ramil Quliyev Türkiyənin ən yaxşı idmançısı seçilib. Avqustda Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunan dünya çempionatında 200 metr məsafəyə qaçışda hamını qabaqlayan sprinter Türkiyə Qəzetçilər Cəmiyyətinin keçirdiyi sorğuda hamıdan çox səs yığıb. Bu münasibətlə 41 ildi təşkil edilən Sədat Simavi mükafatı həmyerlimizə verilib. Atlet təlim-məşq toplanışında olduğundan mükafat “Fənərbaxça”nın atletika şöbəsinin cavabdehi Gürsəl Özyurt Seçiciyə cəmiyyətin sədri Şenes Erzik tərəfindən verilib.