Sizin reklam burada

Çin klubu Ndlovunu transfer etmək istəyir

Baxış Sayı:837

Çin klubu Ndlovunu transfer etmək istəyir
Cənubi Afrika mətbuatı “Qarabağ”ın 1 milyon avro tələb etdiyini yazıb
“Qarabağ”ın forvardı Dino Ndlovu karyerasını Çində davam etdirə bilər. Bu xəbəri goal.com saytı yayıb.
Qeyd olunur ki, “Hançjou Qrintaun” klubu Ağdam təmsilçisinin qaradərili hüçumçusunun xidmətində maraqlıdı. Hətta klublar arasında danışıqlara start verildiyi də vurğulanıb. Cənubi Afrika millisinin də şərəfini qoruyan Ndlovu çinlilərin diqqətini “Qarabağ”ın heyətində Çempionlar Liqasındakı çıxışı ilə cəlb edib.
Deyilənə görə, Ndlovu özü də Çin təmsilçisinə keçməkdə maraqlıdı. Bunun nəticəsi kimi də “Hançjou Qrintaun” rəsmiləri transferi reallaşdırmaqda israrlıdı: “İki klub arasında danışıqlar davam edir. Bu keçid hər iki tərəf üçün sərfəli ola bilər. Rumıniya təmsilçisi ÇFR-in də maraq dairəsində olan Dinonun “Qarabağ”la müqaviləsinin müddəti yayda başa çatır. Bu üzdən forvard yanvarın 1-də istənilən klubla danışıq apara və razılıq əldə edə bilər”.
Cənubi Afrika mətbuatı isə məsələ ilə bağlı maraqlı iddia ortaya atıb. Bildirilir ki, Azərbaycan çempionu Ndlovunun keçidindən 1 milyon avro qazanmaq niyyətindədi. Ancaq qarşı tərəf 750 min avro təklif edib: “Futbolçunu “Anortosis”dən 350 min avroya alan “Qarabağ” onun Çinə köçməsiylə bu məbləğin 3 qatını qazana bilər”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR