Sizin reklam burada

Natalya Məmmədova da ÇL-ə uğurlu başladı

Baxış Sayı:557

Natalya Məmmədova da ÇL-ə uğurlu başladı
Yığma üzvləri CEV kubokunda üzüldü
Qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub. Ötən sayımızda B qrupunda yer alan “Fənərbaxça”nın Çexiyada “Agel”ə 3:1 hesabıyla qalib gəldiyini və Polina Rəhimovanın 26 xalla qarşılaşmanın ən məhsuldar voleybolçusu olduğunu nəzərinizə çatdırmışdıq. Digər yığma üzvü də elit turnirə uğurlu start verib. Belə ki, Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su ilk turda Bolqarıstanda “Maritsa”nı üstələyib – 3:0 (25:19, 25:23, 25:23). Məmmədova 12 xalla qələbədə pay sahibi olub. Rusiya klubu yanvarın 10-da Polşada ikinci tur çərçivəsində “Xemik”lə münasibətləri aydınlaşdıracaq.
Qadın voleybolçular arasında CEV kubokunda isə 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Fransa klubları Almaniya təmsilçiləri ilə səfər oyunlarında uduzub. “Le Kann” “Şveriner”lə bacarmayıb – 1:3 (22:25, 25:16, 22:25, 22:25). Alyona Həsənovanın 13 xalı məğlubiyyətdən qurtulmaq üçün kifayət etməyib. “Venel” isə “Drezdner”ə müqavimət göstərə bilməyib – 0:3 (13:25, 18:25, 20:25). Fransa çempionatında yüksək məhsuldarlıq göstərən Anastasiya Qurbanova avrokubok oyununda hesabına cəmi 11 xal yazıb. Qeyd edək ki, hər iki klub cavab görüşünü yanvarın 9-da keçirəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR