Sizin reklam burada

Blitsdə fiasko yaşadılar

Baxış Sayı:465

Blitsdə fiasko yaşadılar
Çində keçirilən Dünya İntellektual Oyunlarında şahmatın blits növü üzrə turnir başa çatıb. Rapiddə ikinci yeri tutan Şəhriyar Məmmədyarov (2770) blitsdə fiaskoyla üzləşib. Hesabına cəmi 7 xal yazan sumqayıtlı qrossmeyster 12 iştirakçı arasında sonuncu olub. Ondan bir xal çox toplayan Rauf Məmmədov (2755) 10-cu pillədə qərarlaşıb. İlk “3-lük”də Rusiya təmsilçiləri yer alıb. Vladislav Artyomovla (2798) Aleksandr Qrişuk (2725) 16 xal toplayıb və əlavə əmsallara görə Artyomov 1-ci yeri tutub. Onlardan 2 xal az yığan Dmitri Andreykin (2771) ilk “3-lüy”ü qapayıb.
Bu gün həmin 12 şahmatçı bask növündə mübarizəyə start verəcək. Məmmədyarov ilk turda Vasili İvançukla (Ukrayna, 2796), Məmmədov isə Pentala Harikrişna (Hindistan, 2687) ilə münasibətləri aydınlaşdıracaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR