Sizin reklam burada

Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib

Müəllif: football Tarix: 14-12-2017, 17:56 724 Baxış
Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib
Mehdizadə: “Hansısa qurum, klub üçün bir il pulsuz işləyim, lap elə bir il azadlıqdan məhrum etsinlər”
Oyunların futbol nəticələrinin manipulyasiyasında təqsirləndirilərək futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidovla Nizami Hacıyevə “İnter”lə “Neftçi”də işləmiş metodist-məşqçi Ağakişi Mehdizadə də qoşuldu. Araşdırmalar nəticəsində hələ ki adları çəkilənlərin günahı sübuta yetirilsə də, baş katib Elxan Məmmədov açıqlamasında dalğanın davamının gözlənildiyini gizlətməmişdi. Lakin hələ bu üç nəfərdən başqa günahkar tapılmayıb.
Qərar açıqlananda ömürlük cəzaya məruz qalanların 15 gün ərzində apellyasiya şikayəti vermək hüqüquna sahib olduqları da qeyd olunmuşdu. Yəni qərarla razılaşmayanlar cəzanın yüngülləşdirilməsi, ya da ləğvi üçün ortaya tutarlı əsaslar qoymalı və həmin sənədi AFFA-ya təqdim etməlidi. Dekabrın 1-də İntizam Komitəsinin çıxardığı qərarın üstündən iki həftə keçir. Maraqlıdı, cəzaya məruz qalanlar apellyasiya şikayəti veribmi? Ümumiyyətlə, belə niyyətləri var?
Ötən həftə əlaqə saxladığımız Mirhüseyn apellyasiya şikayəti ilə bağlı bazar ertəsi, uzağı çərşənbə axşamı müraciət edəcəyini demişdi. Dünən günorta saatlarında yenidən əlaqə saxladıqda məlum oldu ki, Seyidov məsələ ilə bağlı AFFA-ya getməyə hazırlaşır.
Ağakişi Mehdizadə isə artıq lazım olan addımı atıb: “Bazar ertəsi AFFA-ya getdim və apellyasiya şikayəti verdim. O, rəsmi sənəd olduğundan, əsasən başverənləri qeyd etdim. Yəni necə olub, niyə olub və s. Təəssüf ki, rəhbər şəxslərlə görüşə bilmədim. Günahkaram, bilirəm. Amma mənim o işdə qazancım olmayıb. Sadəcə, nələrdənsə xəbərdat olmuşam və bu haqda heç kimə məlumat verməmişəm. Bunun cəzası kimi ömürlük futboldan uzaqlaşdırılmaq isə bir az ağır qərardı. İnanın, neçə gündü ürəyim partlayır, özümə yer tapa bilmirəm. Hələ də o cür səhvə yol verməyimi özümə bağışlaya bilmirəm. İnsanam, cavanam, səhvim olub və bunu etiraf etmişəm. Amma mənim karyeram, gələcəyim, ailə vəziyyətimin də nəzərə alınmasını xahiş edirəm. Hər şeyə razıyam. Hansısa qurum, klub üçün bir il pulsuz işləyim. Lap elə bir il azadlıqdan məhrum etsinlər. Amma bilim ki, cəzamı çəkəndən sonra yenə nəfəs aldığım futbola qayıdacam. Bir var ağac zədə alır və tədricən düzəlir. Bir də var kəsib atmaq. Hansı müvəqqəti cəzanı verirlər-versinlər, amma futbola qayıdım. Xaricdən iş təklifi almışam. Bunun üçün isə AFFA rəhbərliyi ilə danışmalıyam. İndi evdə oturub futbolçular üçün CV videoları hazırlayıram. Oyunlardan fraqmentlər, yaddaqalan anlar. Dediyim kimi, işsiz qala bilmirəm. Başımı nə iləsə qatmalıyam”.
HƏBİB
SON XƏBƏRLƏR