Sizin reklam burada

Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu

Baxış Sayı:502

Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu
Albaniya kubokunda 1/4 finalçılar müəyyənləşib. "Kukesi" evdə "Erzeni"ni darmadağın edib - 5:1. Rauf Əliyev 55-ci dəqiqədə komandasının 4-cü qoluna imza atıb. Bununla da hücumçu Albaniyada qollarının sayını 4-ə çatdırıb. Əliyev daha 3 qolu oktyabrda çempionatda vurub. Başqa sözlə, Rauf bir aydan çox davam edən "qol oruc"una son qoyub. İlk oyunda da 4:1 hesablı qələbəyə sevinən "ağ-göylər" növbəti mərhələyə yüksəlib. Türkiyə kubokunda isə 1/16 finalın cavab oyunları keçirilib. "Bursaspor" səfərdə olduğu kimi, evdə də "Adanaspor"a 2 cavabsız qolla qalib gəlib. Dəniz Yılmaz 90 dəqiqə oynayıb.
Bu arada Dmitri Nazarov “Ertsgebirge”də ilin ən yaxşı futbolçusu seçilib. Yığma üzvü 1400 azarkeş arasında aparılan sorğuda səslərin 33 faizini toplayıb. Komandanın kapitanı Martin Mannel ikinci (26 faiz), Kristian Tiffert üçüncü (12 faiz) olub. Qaliblər uşaqlar üçün təşkil olunan yeni il şənliyində mükafatlandırılıblar.

Oxşar xəbərlər
text
SON XƏBƏRLƏR