Sizin reklam burada

Eddi İsrafilov 49 günlük həsrətə son qoydu

Müəllif: football Tarix: 13-12-2017, 21:55 558 Baxış
Eddi İsrafilov 49 günlük həsrətə son qoydu
İspaniyanın 1-ci divizionunda 18-ci turun oyunları keçirilib. “Ximnastik” Tarraqonada “Sevilya”nın ikinci komandasına qalib gəlib – 2:1. Eddi İsrafilov 49 günlük fasilədən sonra sequndada meydana çıxıb. Ancaq yığma üzvü 80-ci dəqiqədə qazona ayaq basıb. 21 xalla 15-ci pillədə qərarlaşan “sarı-qırmızılar” növbəti turda “Leonesa”nın qonağı olacaq.
Ukrayna çempionatının 19-cu turunda “Aleksandriya” evdə “Dinamo” ilə qolsuz heç-heçəyə imza atıb. Görüşü əvəzlənmədən keçirən Pavel Paşayev 83-cü dəqiqədə sarı vərəqə alıb. 19 xalla 8-ci sırada yer alan “sarı-qaralar” növbəti turda səfərdə “Stal”la üz-üzə gələcək. Ancaq bu və başqa qarşılaşmalar gələn il baş tutacaq. Çünki Ukrayna çempionatı qış fasiləsinə yollanıb.
Portuqaliyanın 1-ci divizionunda “Sportinq”in əvəzediciləri səfərdə “Benfika”nın 2-ci komandasına uduzub - 1:2. Budaq Nəsirovun adı “18-liy”ə salınmayıb. 21 xalla 13-cü yerdə gedən “zolaqlılar” 17-ci turda “Varzim”i qəbul edəcək.
SƏRXAN
SON XƏBƏRLƏR