Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı
“Problemli futbolçuların yığmada olmasını istəmərəm”
“Komanda.az” saytının “ilin ən yaxşı məşqçisi” sorğusu ilə bağlı keçirdiyi tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Qurban Qurbanovun brifinqi baş tutdu. “Qarabağ”ın baş məşqçisi ayaqüstü həm klub, həm də yığma ilə bağlı bir neçə sualımızı cavabladı.
- Bu ili özünüz üçün necə dəyərləndirirsiz?
- Çox ağır və yaddaqalan il oldu. Çempionluq və ölkə kuboku öz yerində. Azarkeşlərimiz son iki ildə bizdən Çempionlar Liqasının qrupuna vəsiqə gözləyirdi. Ona görə ağır mövsüm oldu. Ancaq Allaha şükürlər olsun, qrupa vəsiqə qazandıq. Mənim üçün ilin sonu “Sumqayıt”la kubok oyunu başa çatanda olacaq. Fasiləyə lider yollanmaq istəyirdik. Kubokda da yarımfinala yüksəlməyi qarşıya məqsəd qoymuşuq. Bu da olsa, bu il bizim üçün çox uğurlu sayılacaq. Bəzən futbolçular, məşqçilər və rəhbərlik belə uğurlardan sonra arxayınlaşır. Bir az zəiflik yaranır. Ancaq bizdə belə halların yaşanmasının qarşısını aldıq. Klubun bütün üzvlərinə təşəkkür edirəm. Hər dəfə ilin məşqçisi seçiləndən sonra üzərimə böyük məsuliyyət düşür. Bu ili uğurlu adlandırardım. Bir az məni üzən ÇL-də iki böyükhesablı məğlubiyyət oldu. Amma komandaların səviyyə fərqinə baxsaq, bunu da normal saya bilərik. Düşünürəm ki, bu, azarkeşlərimizi də belə nəticələrə hazırladı. Çünki ÇL kimi yarışlarda istənilən nəticə qeydə alına bilər.
- Qrupda qazandığınız iki xal, ya ilin məşqçisi seçilməyiniz daha dəyərlidi?
- Məni tanıyırsız. Özümün yox, komandamın və azarkeşimin təltif olunmasını daha üstün sayıram. İlin məşqçisi seçilmək arzusuyla yaşamıram. İstəmirəm ki, haqqımda çoxlu şişirtmə, tərifli yazılar olsun. Çox istəyirəm ki, “Qarabağ” və Azərbaycan futbolu haqda danışılsın. Bu qrupda qazanılan 2 xal və belə güclü klubların ölkəmizə gəlməsi ilin məşqçisi seçilməyimdən daha üstündü.
- Yığma ilə bağlı mətbuat konfransının keçiriləcəyi gözlənilir. Tədbir nə vaxt olacaq?
- Açığı, bunu hələ planlaşdırmamışıq. AFFA rəhbərliyi ilə bu haqda məsləhətləşəcəyik. Dekabrın 20-nə kimi bununla bağlı qərar verəcəyik.
- Yığmada heyət seçimində obyektivliyi qoruyacağınıza inam böyükdü. Berti Foqtsun dönəmində millidə oynayan, ancaq Robert Prosineçkinin şans vermədiyi futbolçulardan Rauf Əliyevlə bu mövsüm məhsuldarlığıyla seçilən Rüfət Dadaşovu əsas komandaya qaytaracaqsız?
- Düzü, hələ heç bir futbolçu haqda düşünməmişəm. Təxmini hər birinin potensialını bilirəm. Məsələn, Raufun nəyə qadir olduğundan agaham. Ancaq oyununu görmədiklərim istisnadı. Ola bilər, hətta ilk təlim-məşq toplanışından da kimlərsə kənarda qalsın. Ancaq növbəti toplanışlara başqaları cəlb oluna bilər. Bu millidi. Mən nə qədər məsuliyyətlə yanaşıramsa, futbolçu ikiqat məsuliyyətli olmalıdı. Bakı kiçik şəhərdi. O mənada ki, futbolçu harda olursa, necə həyat yaşayırsa, məlumat alınır. Yığma üzvləri təkcə futbolda yox, həyat tərzində də doğru yolda olan futbolçular olacaq. Hamısı məsuliyyətli insanlar olmalıdı. Ola bilər, kimdənsə zəif olsun. Ancaq öz işinə məsuliyyətli yanaşmalıdı. Problemli futbolçuların yığmada olmasını istəmərəm.
- Belə çıxır ki, Kamran Ağayev yığmadan kənarda qalacaq...
- Yox, niyə ki? Mən ümumən dedim. Bundan sonra hər futbolçu ilə maraqlanmağa başlayacam. Bu məsələdə çox ciddi olacam. Kollektivdə mütləq intizam, birlik olmalı, hamı futbolu düşünməlidi. Başqa cür ola bilməz. Bəzən üzdə hər şeyi yaxşı, vətənpərvər görünənlər həqiqətdə fərqli olur. Bəlkə də tam istədiyim heyəti qurmağa bir-iki il lazım olacaq. Komandada 15 futbolçu olsun, ancaq ürəklə oynayan, xalqına, ölkəsinə fayda verən futbolçu olsun.
- Demək olarmı ki, 2000-ci illərdəki Türkiyə yığmasının yoluyla gedəcəksiz?
- Bu bənzətməni doğru saymıram. Türkiyə 80 milyonluq ölkədi. Onlarda güclü futbolçu tapmaq daha rahatdı. Bizdə isə bu çətindi. Amma dediklərim olmasa, bizim üçün çox çətin olacaq.
- Yoldaşlıq oyunu üçün rəqib müəyyənləşib?
- Yox, müəyyənləşməyib. Bu istiqamətdə iş gedir.
SƏRXAN

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər