Sizin reklam burada

Alim Rotterdamda fərqləndi

Baxış Sayı:562

Alim Rotterdamda fərqləndi
Hollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə “Glory” seriyalı növbəti turnir keçirilib. “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev də “Glory 49”un iştirakçısı olub. Yarımorta çəkidə çıxış edən idmançımız sabiq çempion, yerli Niki Holtskenlə qarşılaşıb. Üç raund davam edən döyüşdə rəqibini aşkar üstələyən “Professor” ləqəbli döyüşçümüz xal hesabıyla qələbə qazanıb. Bununla da “Glory” reytinqindəki xal hesabını 466-ya çatdıran Alim siyahının 6-cı pilləsində qərarlaşıb.
Xatırladaq ki, bu, Alimin “Glory” seriyasında 2-ci qələbəsi olub. O, oktyabrda Fransanın Lion şəhərində yerli idmançı Cimmi Vienotaya qalib gəlmişdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR