Sizin reklam burada

Qayıbovun kadrı onun xələfi oldu

Baxış Sayı:520

Qayıbovun kadrı onun xələfi oldu
Dekabrın 9-da keçirilən Gimnastika Federasiyasının (AGF) İcraiyyə Komitəsinin 30-cu iclasında federasiyanın yeni baş katibi seçilib. İclasda əvvəlcə Bakı Gimnastika Məktəbi və “Ocaq” İdman Klubunun rəhbərləri həmin qurumların fəaliyyətini əks etdirən təqdimatla çıxış ediblər. Təqdimat zamanı gimnastika növləri üzrə fəaliyyət göstərən bölmələr haqda məlumat verilib. Son bir ildə gimnastikanın inkişafı istiqamətində görülən işlər, o cümlədən gələcək planlar müzakirə olunub. Həmçinin gimnastların lisenziya qaydalarına və AGF tərəfindən təltif olunan xatirə medalları haqda Əsasnaməyə təklif edilən dəyişikliklər təsdiqlənib. İclasda federasiyanın baş katibinin, gimnastika növləri üzrə kompleksli elmi tədqiqat qrupunun rəhbərinin və gimnastika növləri üzrə yığmaların baş məşqçilərinin illik hesabatları da dinlənilib. Sonra Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilən Fərid Qayıbovun AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq federasiyada tutduğu baş katib vəzifəsindən azad olunması ilə bağlı İcraiyyə Komitəsinə ünvanladığı ərizəsi qəbul edilərək təsdiqlənib. AGF-nin baş katibi vəzifəsinə 2007-09-cu illərdə baş katibin köməkçisi, 2009-dan isə müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib. Məmmədzadə 1979-cu ildə Bakıda anadan olub. 1996-2000-ci illərdə Təfəkkür Universitetinin ingilis dili ixtisası üzrə filologiya fakültəsində təhsil alıb, 2003-də isə həmin ixtisas üzrə Xəzər Universitetinin magistr dərəcəsini əldə edib. Göründüyü kimi, Qayıbovun xələfi elə onun kadrı olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR