Sizin reklam burada

Cüdoçular Sumqayıtda yarışdı

Baxış Sayı:589

Cüdoçular Sumqayıtda yarışdı
Sumqayıt Olimpiya İdman Kompleksində mərhum prezident Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə beynəlxalq turnir keçirilib. İkigünlük yarışda Bakı, Sumqayıt, Naxçıvan, Yevlax, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı, Qobustan, İsmayıllı, Ağcabədi ilə yanaşı, Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin və Ukraynanın yeniyetmə cüdoçuları mübarizə aparıb. Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Amin İsayev (30 kq), Həsən Əhmədov (34 kq), Rəhim Mirzəyev (38 kq), Əli Hacıyev (42 kq), Fazil Xələfov (46 kq), Rolan Kuniyev (50 kq), Tembulat Kumikov (55 kq), İsmayıl Zamanov (60 kq), Murad Eyvazov (66 kq), Rafiq Həsənov (+66 kq), Züleyxa Nağıyeva (28 kq), Xumar Qasımzadə (32 kq), Fidan Qasımova (36 kq), Nigar Şahməmmədova (40 kq), Sevda Nəbiyeva (44 kq), Pərvanə Abdullayeva (48 kq), Rita Əliyeva (52 kq), Gülnarə Bayramova (57 kq), Nəzrin Abbaslı (63 kq) və Elnarə Rəşidova (+63 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR