“Azərsell” Lunyovu 2100 manat cərimələtdi
“Görsəm ki, veclərinə almırlar, ölkə rəhbərliyinə müraciət edəcəm”
Güllə atıcılığı üzrə 2004-cü ildə keçirilən Afina Olimpiadasının bürünc mükafatçısı, ölkəmizi dörd dəfə Olimpiya Oyunlarında təmsil edən İradə Aşumovanın həyat yoldaşı, həmçinin eyni idman növündə bu yay ölkəmizdə təşkil olunan İslam Həmrəyliyi Oyunlarında beşqat çempion adını qazanan Ruslan Lunyovun atası olan Vladimir Lunyov dünən redaksiyamıza təşrif buyurmuşdu. Ruslanın şəxsi məşqçisi olan ata Lunyovu narazı salan “Azərsell”in onu məhkəməyə verməsidi. Müsahibə vermək, dərdini danışmaq üçün qəzet səhifəsində yer istəyincə, idmançı ailəsindən olduğunu nəzərə alıb idmandankənar mövzuda olsa da, söhbətləşdik.
- Az öncə etdiyiniz zəngdən “Azərsell”dən narazı olduğunuzu anladım. Nə baş verib?
- Bəli, bura gəlişimin səbəbi məhz dediyiniz mobil rabitə operatoru ilə bağlıdı. 2015-in səhv etmirəmsə, aprel ayı idi. Yarışla bağlı ABŞ-a, dəqiq desəm, Atlantaya getmişdik. Bakıdan yola düşəndə nömrəmin balansı təxminən 150 manat idi. Bilirdim ki, uzaq ölkədi, tarif qiymətləri bahadı. Hər cür şəraitə sahib lüks oteldə qalırdıq. Vay-faya kimi var idi. Sən demə, otelin internet şəbəkəsində nasazlıq yaranıb və vay-fay işləməyib. Mənim də bundan xəbərim olmayıb. Müxtəlif saytlara girirəm, internetdən rahat istifadə edirəm. Nəticədə istifadə etdiyim internetin xərci balansımdakı puldan çıxılıb. 150 manatın hamısı yoxa çıxdı, normaldı. Öz səhvimdi, bilməmişəm. Hətta depozitdəki 100-120 manat da sərf olundu. Bir sözlə, rominqə görə internetə hardasa 300 manata yaxın çıxıldı. Deməli, balansım qurtarıb, depozitdəki pullar da sərf olunub, lakin “Azərsell” rominqi bağlamayıb. Yaxşı ki, ABŞ-da bir həftə qalmışam. Bir ay qalsaydım, 20 min borc yığılardı, nəticədə evimi satardım. Bu nə siyasət, nə metoddu belə?
- Sizi narahat edən nədi? Şikayətiniz konkret nə ilə bağlıdı?
- Mən müqavilə bağlayanda, qarşı tərəf fikirlərimi soruşmalıydı. Rominqdə hansı şərtləri qəbul edirəm, hansıları yox. Məsələn, soruşa bilərdilər ki, siz ölkəni tərk edəndə, balansınızdakı pul qurtarandan sonra xidmət haqqı borca yazılsın, ya yox. Mən də fikrimi deyərdim. Sabah da qarşıma hansısa məbləği qoyanda, razılaşardım. Mən otelin vay-fayına aldanıb internetdən gen-bol istifadə etmişəm. Bilməmişəm ki, balansımdakı pul və depozitim qurtarıb, üstəlik, borc yazılır. ABŞ-dan qayıdandan təxminən 15 gün sonra “Azərsell” nömrəm bağlandı. Və başqa mobil operatora müraciət etməli oldum. Sonradan məlum oldu ki, yığılan borca görə şirkət məni məhkəməyə verib. Təxminən üç ay əvvəl bununla bağlı mənə məktub gəldi.
- Nə qədər borc yığılıb?
- Təxminən 2100 manat.
- Balansınızdan çıxıldığı dediyiniz həmin 300 manatdan başqa?
- Əlbəttə.
- Belə çıxır ki, bir həftədə təxminən 2500 manatlıq internet sərfiyyatı etmisiz?
- Onlar belə deyir. Qayıdandan sonra “Azərsell”ə getdim ki, görüm nə məsələdi. Dedim, yəqin balansımda pul yoxdu deyə, nömrəmi deaktiv ediblər. Müştəri xidmətlərinə yaxınlaşanda 2000 manatdan çox borc yığıldığını dedilər. Soruşuram ki, hesabımda pul qurtarıbsa, borc yazılıb-yazılmaması barədə niyə mənə sual verməmisiz? Ya da mesaj göndərərdiz ki, rominq internet xidmətindən yararlandığınız üçün bundan sonrakı məbləğ borca yazılacaq. Bayaq məhkəmədəydim, “Azərsell”in hüquqşünası gəlmişdi. Deyir balansın qurtarması barədə bildiriş göndəririk. Halbuki bunu son 1-2 ildə edirlər, əvvəl belə şey yox idi.
- Sizə “Azərsell”dən mesaj göndərildiyini sübut etdilər? Bəlkə göndəriblər, görməmisiz.
- Heç bir sübut yox idi. Hətta özüm hakimə dedim ki, mənə mesaj göndərdiklərini sübut etsinlər. Tərcüməçi vasitəsiylə danışırdıq deyə, ortalığa bir şey çıxmadı. Hakim yekun qərarında 2100 manatı ödəməli olduğumu bildirdi. Və beləcə, həmin sms-in göndərildiyini sübut edən olmadı. Mənə sənəd veriləcək və həmin sənədi alandan sonra bir ay müddətində apellyasiya şikayəti verməliyəm. Heyf deyil “Baksell”. Bu yaxınlarda Moskvadaydım. Bir də baxdım ki, nömrəm işləmir. Sonradan balansımdakı pulun qurtardığını öyrəndim. Yenidən pul yüklədim və nömrəm aktiv oldu. Bu cür etmək lazımdı.
- Siz onlara İradə Aşumovanın həyat yoldaşı, Ruslan Lunyovun atası olduğunuzu dediz?
- Dedim, heç veclərinə də olmadı. Məhkəmədə İradə də yanımdaydı. Nə faydası? Deməli belə, öz səhvimə görə balansımdan çıxılan təxminən 300 manata görə söz demirəm. Ancaq 2100 manatı ödəmək fikrim yoxdu.
- Enində-sonunda həmin interneti siz işlətmisiz də. Xəbəriniz olub, ya yox – bu artıq qarşı tərəfi maraqlandırmır axı.
- Mənə 2500 manatlıq internet işlətmək lazım deyildi. Elə bilmişəm, otelin vay-fayıdı, ona arxayın olub saytlara baxmışam. Təsəvvür edin, marketə girmisiz, cibinizdəki pula uyğun bazarlıq etmisiz. Və kənardan kimsə sizə başqa malları da məcbur və xəbərdarlıqsız verir. Qapıdan çıxanda kimsə qarşınızı kəsir ki, bu malların pulunu da ödəməlisiz. Halbuki mənə lazım olmayan şeylərdi, ya da xəbərdarlıq edərdilər. Mənim davam məhz xəbərdarlıq etmədiklərinə görədi.
- Siz rominq xidmətinin şərtlərinə baxmısız? Bəlkə xəbərdarlığın olmayacağına dair hansısa bənd var.
- Bəlkə də var. Bəlkə də heç yoxdu. Apellyasiya şikayəti verməliyəm. Həmin sənəddə bunların hamısını göstərəcəm, tələb edəcəm. Deyək ki, belə bir bənd var. Sizcə, bu normaldı? Kimsə xaricə gedir və 100 min manat borc yığılır. Ya da ağlımı itirib hardasa yıxılıb qalıram. Kimsə gəlib telefonumu götürür və 20 min manatlıq internet istifadə edir. Bunların sonu necə olacaq? Evini satdıracaqlar? Bəs evi yoxdusa? Məntiqə sığmır axı. Hətta xəbərdarlıq etmirlərsə belə, borc az məbləği əhatə etməlidi. Daha 2, yaxud 20 min manat yox.
- Öz aramızdı, bunu insanların yaxşılığı üçün ediblər də. Hansısa yad ölkədə internetiniz qurtarar, telefonunuz bağlanar, qalarsız yolun ortasında. Nəyi pisdi?
- Sizi yaxşı başa düşürəm. Mən də deyirəm ki, balansın qurtarması haqda mesaj göndərsinlər. Ən pis halda borca limit qoysunlar. Məsələn, filan qədər borc yığıla bilər, bundan çox yox.
- İşiniz hansı rayonun məhkəməsindədi?
- Xətai rayon məhkəməsi. Qısası, 2100 manat ödəməliyəm. Məhkəmənin qərarı belədi.
- Vəkil tutmusuz?
- Bu gün məsələnin mahiyyətini öyrənməyə getmişdim, qərar qəbul etdilər. Bundan sonra, təbii ki, vəkilə müraciət etməliyəm.
- Məsələnin bu qədər yubanması sırf şəxsi prinsiplərə görədi, yoxsa o pulu ödəməyə imkanınız yoxdu?
- Prinsip məsələsidi. Hətta nəğd pulum olmasa da, aylıq təqaüdümdən çıxacaqlar. Bunları bilirəm. Mənə təsir edən şirkətin dələduzluq yolu ilə pul qazanmaq istəyidi. Bunun qarşısını almalıyıq ki, başqa insanlar analoji vəziyyətlə üzləşməsinlər.
- Qarşı tərəfə hansısa barış yolu təklif etmisiz?
- Mənə sual vermədilər axı, başqa nəsə haqda danışaq. Hər iki tərəfin fikirlərinə qulaq asdılar, vəssalam. Hakim qərarını açıqladı.
- Birdən 1000 manat müqabilində işi bağlamağı təklif etsələr, onda necə?
- Razılaşmaq olar. Bunun üçün hüquqşünasla, vəkillə danışmalıyam. Şirkət 100 faiz haqlıdısa, güzəşt yolu tapmaq olar.
- Xanımınız İradə Aşumova, oğlunuz Ruslan Lunyov nə deyir? 2100 manata görə bu qədər əziyyət çəkməyinizə razıdılar?
- Mən öz problemimi özüm həll etməyi sevən adamam. Əlbəttə, yaranmış vəziyyət gündəlik işimə mane olur. Amma yenə də çıxış yolunu tapmağa çalışıram. Müştəri hər zaman haqlıdı. Bizim də deyiləcək sözümüz var.
- Məhkəmə xeyrinizə qərar qəbul etməsə, tanınmış idmançı ailəsinin üzvü qismində ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırırsız?
- İlk növbədə məsələnin sivil yolla həllinə çalışacam. Hüquqlarımı tələb etməliyəm. Görsəm ki, veclərinə almırlar, əlbəttə, dediyiniz addımı atacam. Başqa yol yoxdu.
HƏBİB

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər