Sizin reklam burada

Çempiona iki qol da kifayət etmədi

Baxış Sayı:592

Çempiona iki qol da kifayət etmədi
Birinci divizionda 13-cü tura yekun vurulub. Beləliklə, “birincilər” də çempionatı yarılayıb. “Nəhs tur”un dünən baş tutan oyunlarında maraqlı nəticələr qeydə alınıb. İlk növbədə “Xəzər”in liderin ən yaxın izləyicisi MOİK-i üstələməsini vurğulayaq. Debütanta qələbəni sona bir dəqiqə qalmış Şahin Baleljae qazandırıb. Minimal hesabla uduzan “hərbçilər” turnir cədvəlində geriləyərək, 3-cü pilləyə enib. Əvəzində aşkar autsayder “Zaqatala” üzərində inamlı qələbə qazanan “Binə” 2-ci yeri ələ keçirib. Son turlarda bir qayda olaraq ən yaxın izləyicilərinin büdrəməsi fonunda lider “Qaradağ Lökbatan” fərqi artırmaqdadı. Həbib Ağayevin komandası “Mil-Muğan”a da şans verməyərək, zirvədəki mövqeyini möhkəmləndirib. Artıq lökbatanlılar 2-ci yerdə qərarlaşan komandadan 14 xal irəlidədi. Hərçənd oyunda hesdabı imişlilər açıb. Ancaq bölgə təmsilçisi paytaxtda böyükhesablı yenilgidən qaça bilməyib. “Ağsu” – “Turan Tovuz” qarşılaşmasında da azarkeşlər 5 qola şahidlik edib. Son çempion hesabda iki dəfə önə keçməsinə baxmayaraq, səfərdə məğlubiyyətlə üzləşib. “Ağsu” və “Xəzər”in qələbə qazanması “Sabah”ın yenidən 9-cu yerə yuvarlanmasıyla müşayiət olunub.
Birinci divizion
2-ci dövrə, 13-cü tur
8 dekabr

Qaradağ Lökbatan – Mil-Muğan 4:1
Elvin Adışirinli, 17; 87. Natiq Kərimi, 43. Əliqulu Manafov, 85 - Comərd Baxşəliyev, 7.
Binə – Zaqatala 2:0
Mənsur Nəhavəndi, 50. Timur Dadaşov, 80.
MOİK – Xəzər 0:1
Şahin Baleljae, 89.
Ağsu – Turan Tovuz 3:2
Malik Babayev, 14. Arzuman Nəsibov, 72. Qalib Əmrahov, 80 - Ziyabil Məmmədov, 1. Emin Zamanov, 38.
Qeyd edək ki, turun açılış oyunu dekabrın 7-də keçirilib: Sabah – Şüvəlan 2:1 (Elşad Manafov, 2. Eltun Hüseynov, 29 - Şahin Əliyev, 88).
1. Qaradağ Lökbatan 13 11 2 0 29-9 35
2. Binə 13 6 3 4 21-12 21
3. MOİK 13 6 2 5 19-15 20
4. Şüvəlan 13 6 1 6 14-12 19
5. Ağsu 13 5 3 5 17-22 18
6. Turan Tovuz 13 5 3 5 17-18 18
7. Mil-Muğan 13 5 2 6 20-27 17
8. Xəzər 13 4 4 5 11-9 16
9. Sabah 13 4 3 6 15-21 15
10. Zaqatala 13 1 1 11 8-26 4
Bombardirlər: Elnur Səmədov (Turan Tovuz) – 8, Sabir Allahquliyev (Qaradağ Lökbatan) – 7.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR