Sizin reklam burada

Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi

Baxış Sayı:453

Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Dünya Şurası “Formula-1” üzrə növbəti dünya çempionatının təqvimini rəsmən təsdiq edib. Gələn il mübarizə 21 mərhələdən ibarət olacaq. İlk yarış martın 25-də, son “Qran-pri” isə noyabrın 25-də keçiriləcək. Azərbaycan “Qran-pri”si əvvəlcədən elan olunduğu kimi aprelin 29-da təşkil olunacaq. Bu da mövsümün 4-cü yarışı sayılır. Buna qədər dünyanın ən sürətli pilotları Avstraliya (25 mart), Bəhreyn (8 aprel) və Çində (15 aprel) mübarizə aparacaq.
Qeyd edək ki, ilkin açıqlanan təqvimlə müqayisədə böyük dəyişikliklər edilməyib. Yalnız Çin və Bəhreyn mərhələləri yerini dəyişib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR