Sizin reklam burada

Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib

Title
Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib
Qurban Qurbanov yaxın günlərdə media önünə çıxacaq
Yığmanın sabiq çalışdırıcısı Robert Prosineçkinin müqaviləsinin müddətinin nə vaxt başa çatacağı, ölkənin əsas komandasının yeni çalışdırıcısı Qurban Qurbanovla rəsmi anlaşmanın nə vaxt qüvvəyə minəcəyi maraqla gözlənilir. Futbol ictimaiyyətinin, azarkeşlərin bizə ünvanlanan çoxsaylı sullarını cavablamaq üçün dünən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin katibi Firuz Abdulla ilə əlaqə saxladıq. Firuz bəyin məsələyə reaksiyası belə oldu: “Dekabrın 4-də Prosineçkinin anlaşmasının müddəti başa çatıb. O artıq sənəd üzərində Azərbaycan millisinin baş məşqçisi deyil”.
Xorvat mütəxəssisin müqavilə müddəti başa çatıbsa, deməli, yığmanın yeni çalışdırıcısı gələcəklə bağlı planlarını açıqlamalı, medianı və ictimaiyyəti maraqlandıran sulları cavablamalıdı. Bəs görəsən, Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı nə vaxt keçiriləcək? Assosiasiyanın mətbuat katibi bu sualımıza belə cavab verdi: “Bu sualınıza dəqiq cavab verə bilməyəcəm. Ancaq böyük ehtimalla, yaxın günlərdə millinin yeni baş məşqçisi jurnalistlər qarşısına çıxacaq və sualları cavablayacaq”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.