Sizin reklam burada

Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı

Baxış Sayı:792

Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı
Birinci divizionda 13-cü tur start götürüb. Turun açılış oyununda "Sabah"la "Şüvəlan" üz-üzə gəlib. Turnir cədvəlinin aşağılarında qərarlaşan Arif Əsədovun komandası ilk "3-lük"də yer alan rəqibini məğlub edib. İlk yarıda Şüvəlan təmsilçisini 2 dəfə cəzalandıran meydan sahibləri 88-ci dəqiqədə qapısında qol görsə də, üstünlüyünü qoruya bilib. "Sabah" bu qələbə sayəsində 2 pillə irəliləyərək 7-ci yerə yüksəlib.
Birinci divizion
2-ci dövrə, 13-cü tur
7 dekabr

Sabah – Şüvəlan 2:1
Elşad Manafov, 2. Eltun Hüseynov, 29 - Şahin Əliyev, 88.
Turun qalan oyunları bu gün keçiriləcək:
8 dekabr
Qaradağ Lökbatan – Mil-Muğan
Hakimlər: NAİL NAĞIYEV, Yaşar Abbasov, Hüseyn Əsgərov, Elgün Hüseynov.
Hakim-inspektor: Akif Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00
Binə – Zaqatala
Hakimlər: ALİK YUNUSOV, Vüsal Qənbərov, Elnur Ağayev, Emin Nağıbəyov.
Hakim-inspektor: Azad Mütəllimov.
AFFA nümayəndəsi: Vahid Hüseynov.
Binə. Qəsəbə stadionu. Saat 14.00
MOİK – Xəzər
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Mübariz Haşımov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Hakim-inspektor: Ramiz Əsədov.
AFFA nümayəndəsi: Eldar Əlixanov.
Biləcəri. “Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 14.00
Ağsu – Turan Tovuz
Hakimlər: XƏLİL XƏLİLOV, Elman Kərimov, Akif Əmirəli, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Ağsu. Şəhər stadionu. Saat 14.00
1. Qaradağ Lökbatan 12 10 2 0 25-8 32
2. MOİK 12 6 2 4 19-14 20
3. Şüvəlan 13 6 1 6 14-12 19
4. Binə 12 5 3 4 19-12 18
5. Turan Tovuz 12 5 3 4 15-15 18
6. Mil-Muğan 12 5 2 5 19-23 17
7. Sabah 13 4 3 6 15-21 15
8. Ağsu 12 4 3 5 14-20 15
9. Xəzər 12 3 4 5 10-9 13
10. Zaqatala 12 1 1 10 8-24 4

Oxşar xəbərlər
SON XƏBƏRLƏR