Sizin reklam burada

Premyer-liqa "Bayıl Arena”da yarılanacaq

Title
Premyer-liqa "Bayıl Arena”da yarılanacaq
Topaz premyer-liqasında ikinci dövrənin oyunları ötən həftə keçirilsə də, çempionatda mövsümün ilk yarısına yekun vurulacaq. 2017-ci ilin son matçında “Qarabağ”la “Səbail” üz-üzə gələcək. 4-cü turdan təxirə salınan matç "Bayıl Arena"da keçiriləcək. Saat 19.00-da start götürəcək qarşılaşmanı “CBC Sport” telekanalı vasitəsilə də canlı izləmək mümkün olacaq.
Topaz premyer-liqası
1-ci dövrə, 4-cü turun oyunu
8 dekabr
13. Səbail – Qarabağ
Hakimlər: ORXAN MƏMMƏDOV, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
"Səbail"in bu rəqiblə ev oyunlarının balansı: indiyə qədər görüşməyiblər.
Cəzalı: İbrahim Şehiç (Qarabağ).
"Futbol+”in proqnozu: 20-30-50
Bakı. Bayıl Arena. Saat 19.00
Çempionlar Liqasında çıxışını dayandıran "Qarabağ" artıq bütün diqqətini qış fasiləsinəqədərki 3 oyuna ayıra biləcək. Ağdam təmsilçisi əvvəlcə bu gün premyer-liqada son oyuna çıxacaq, ardından "Sumqayıt"la kubokda yarımfinala vəsiqə uğrunda mübarizəyə köklənəcək. Əslində Qurban Qurbanovun komandası çempionatda ilk vəzifənin öhdəsindən gəlib. "Səbail"lə oyunun nəticəsindən asılı olmayaraq, "qış çempionluğ"u 14-cü turda "Neftçi” üzərində 1:0-lıq qələbədən sonra təmin olunub. Sadəcə, son illərin dəyişməz çempionu qış tətilinə 6 xallıq fərqlə yollanmaq əzmindədi. Düzdü, "Səbail"lə ikinci dövrədəki dueldə qələbə heç də asan əldə olunmamışdı. Qarşılaşmanın taleyini 1 qol həll etmişdi ki, Əfran İsmayılov əsas vaxtın bitiminə 1 dəqiqə qalmış qələbə topunu vurmuşdu.
Şehiç bugünkü oyunda komandasına kömək edə bilməyəcək. İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılan bosniyalı qolkiper premyer-liqanın ikinci yarısının açılış matçını da buraxdıqdan sonra sıraya dönə biləcək. Ancaq kubok oyunlarına görə Qurban Qurbanov onu “yeni il tətili”nə görə evə tez buraxmır.
1. Qarabağ 13 11 1 1 23-6 34
2. Qəbələ 14 10 1 3 28-14 31
3. Zirə 14 9 3 2 23-11 30
4. Sumqayıt 14 6 2 6 17-17 20
5. Neftçi 14 5 1 8 17-16 16
6. Səbail 13 4 1 8 9-19 13
7. Keşlə 14 2 2 10 9-24 8
8. Kəpəz 14 2 1 11 10-29 7
Bombardirlər: Baqali Dabo (Qəbələ) - 9, Mahir Mədətov (Qarabağ), Riçard Qadze (Zirə) - 6.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.