Sizin reklam burada

Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı

Baxış Sayı:587

Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı
Məmmədovanın komandası Rusiyada liderdi
Rusiya voleybol çempionatında 8-ci turun oyunları keçirilib. Kazan “Dinamo”su səfərdə “Saxalin”i darmadağın edib - 3:0 (25:16, 25:17, 25:21). Natalya Məmmədova qələbəyə 9 xalla töhfə verib. “Leninqradka” isə Çelyabinskdə “Metar”a boyun əyib – 1:3 (25:18, 14:25, 20:25, 24:26). Kseniya Poznyak hesabına cəmi 3 xal yazıb. “Dinamo” 21 xalla liderdisə, “Leninqradka” 10 xalla ilk “5-liy”i qapayır. Növbəti turda yığma üzvlərinin komandaları Sankt-Peterburqda üz-üzə gələcək.
Fransa çempionatında 9-cu tur geridə qalıb. “Venel” səfərdə “Nant”a qalib gəlib – 3:0 (25:19, 25:22, 25:22). Anastasiya Qurbanova bu dəfə 5 xala sevinib. “Le Kann” isə səfərdə “Qemper”lə bacarmayıb – 2:3 (23:25, 25:20, 25:13, 19:25, 11:15). Alyona Həsənovanın 13 xalı yetərsiz olub. 15 xala malik “Venel” 4-cü pillədə qərarlaşıb. Ondan 3 xal geri qalan “Le Kann” isə 7-ci yerdədi. Növbəti turda “Vanel” “Vandovr”u qəbul edəcəksə, “Le Kann” “Şamalye” səfərinə yollanacaq.
Türkiyədə çempionatında milli üzvlərinin komandaları münasibətləri aydınlaşdırıb. “Fənərbaxça” İstanbulda “Seramiksan”a aman verməyib – 3:0 (25:23, 25:21, 25:12). Polina Rəhimova 7, Odina Bayramova isə 8 xal toplayıb. “Bəylikdüzü” səfərdə “İlbank”ı üstələyib – 3:0 (27:25, 25:17, 25:15). Yana Kulan 16 xalla qələbədə böyük pay sahibi olub. “Beşiktaş” səfərdə “Nilüfər Bələdiyyəsi”nə yenilib - 0:3 (20:25, 24:26, 20:25). Marqarita Əzizova “Qartal”ın heyətində ən məhsuldar oyununu keçirib və 9 xal yığıb. “Fənərbaxça” 29 xalla ikincidi. “Sarı-lacivərdlilər” lider “Əczaçıbaşı”dan 1 xal geri qalır. “Bəylikdüzü” və “Beşiktaş” 13 xalla 7-8-ci yerləri bölüşürsə, “Seramiksan” 10 xalla “10-luğ”u qapayır. Bu gün 12-ci tur çərçivəsində “Fənərbaxça” – “Bursa BB”, “İlbank” – “Beşiktaş”, “Seramiksan” – “Çanakkale Bələdiyyəsi” və “Əczaçıbaşı” – “Bəylikdüzü” qarşılaşmaları baş tutacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR