“Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı”
Ağakişi Mehdiyev iki il əvvəlki oyunun “qurbanı” olub
“Neftçi”də metodist-məşqçi, hamının bildiyi dildə desək, analitik vəzifəsində çalışan Ağakişi Mehdizadə də futboldan ömürlük uzaqlaşdırıldı. Bu, uzun illər “İnter”də Kaxaber Tsxadadzenin “sağ əli” kimi tanınan, hətta bir ara elə onunla Gürcüstan yığmasında da işləməyə imkan tapan “Bobo” ləqəbli Ağakişi Mehdizadədi. İntizam Komitəsi “oyunların idman nəticələrinin manipulyasiyası” şəklində açıqlama versə də, söhbətin konkret hansı oyundan getməsi və Mehdizadənin hansı suç sahibi olması haqda bilgi yoxdu. Söhbət məlum “Neftçi” – “Keşlə” qarşılaşmasından gedir, yoxsa bilmədiyimiz başqa oyun(lar)dan? “Bobo” ilə söhbətdə işin içini açmağa çalışdıq.
- Necəsən? Neynirsən?
- Necə olacam? Evdəydim, ürəyim sıxılır. Gedirəm şəhərə, bir az havamı dəyişim.
- Yəqin ki, AFFA İntizam Komitəsinin qərarı ilə tanışsan.
- Bilirəm.
- Belə olacağını əvvəldən bilirdin, yoxsa qərara təəccübləndin?
- Açığı, son hadisələrdən sonra nəsə hiss etməyə başlamışdım. Ancaq bu cür ağır qərar olacağını ağlımdan keçirməmişdim. Mirhüseynlə Nizamidən sonra məni də futboldan uzaqlaşdırdılar.
- Yəni gözləmirdin?
- Necə deyim axı? Açığı, təzə-təzə təxmin etmirdim. Ancaq sonradan nəsə hiss etməyə başladım. Bu söhbət iki il əvvəl olub. “İnter”də işlədiyim vaxtlar idi. 2015-dən bu yana danışılırdı.
- Elədisə, qərarı niyə həmin vaxt vermirdilər?
- Bəlkə də tam bilmirdilər, ona görə.
- Nə məsələdi ki? İşin içində nə var? Adamın ağlına hər cür fikir gəlir.
- Günahım var, danmıram. Amma təfərrüatıyla açıqlama verə bilmərəm. Çünki apellyasiya şikayəti verəcəm. Həm də AFFA rəsmiləri ilə danışmaq istəyirəm. Ondan sonra ətraflı söhbət edə bilərik.
- Xırdalıqlara varmağın önəmli deyil. Sadəcə, söhbətin nədən getdiyini bilmək maraqlıdı.
- “İnter”də işlədiyim vaxtlarda şübhəli oyun olmuşdu, mən də bilib, susmuşdum.
- Bilib susmusan, yoxsa iştirakçısı olmusan?
- Meydana çıxmıramsa, mən necə iştirakçı ola bilərəm? Sadəcə, bilib, gizlətmişəm, heç kimə məlumat verməmişəm.
- Alğı-satqıda təkcə futbolçular iştirak etmir ki. Tapşırıq verən ayrıdı, pul qoyuluşu edən ayrı, aparıb-gətirən ayrı.
- Elə bir şey olmayıb. Dediyim kimi, başverənlərdən xəbərdar idim, sadəcə, heç kimə demirdim. Cəza da buna görə verilib. Belə deyim, cinayəti bilib, gizlətmək. Apellyasiya şikayəti verəcəm, görək nə olur. Həm də görün üstündən nə qədər vaxt keçib. Futboldan başqa işim yoxdu. Futbolla nəfəs alırdım.
- Bilib, gizlətməyin öz yerində. Pul qazancın olub?
- Mənim?
- Bəli.
- Xeyr, olmayıb. Pul qazancım olsaydı, nə dərdim? Adamı bu qədər yandırmazdı. İzahatımı təqdim etmişəm, amma yenə görüşüb söhbət etmək istəyirəm. Bağışlasalar, yaxşı olar, sevinərəm. Özümü futboldan kənarda təsəvvür edə bilmirəm.
- Nizamiylə Mirheseyn kimi, səni də polis bölməsinə çağırmışdılar?
- Yox-yox, bu söhbətin “Neftçi” – “Keşlə” məsələsinə aidiyyatı yoxdu.
- Bəs izahatı səndən kim alıb?
- AFFA-ya çağırmışdılar, orda yazdım.
- Kim aldı izahatı? AFFA-nın hüquqşünası?
- Qurumun işçiləri var, yazıb onlara verdim.
- Maraqlıdı ki, “Neftçi” də səninlə bağlı izahat verib. Üstəlik, klubun saytında bəyanat da yayıldı.
- Ola bilsin, söhbət açılıb, “Neftçi”dən də izahat istəyiblər. Dövlətin komandasıdı, onlar da istəməz ki, daxildə belə bir işçi olsun. Normaldı, başa düşürəm.
- Özünü nə dərəcədə günahkar sayırsan?
- Günahkar olduğumu boynuma almışam. Çox böyük səhvim olub. Görüm də, bəlkə də bağışlayarlar.
- Səncə, haqqında kim məlumat verib? Şübhələndiyin şəxslər var?
- Vallah, şübhələndiyim heç kim yoxdu.
- Söhbət iki il əvvəl olubsa, niyə məhz indi açıldı?
- Belə başa düşdüm ki, xəbərləri var idi, sadəcə, üstünə düşmürdülər. Son hadisələrdən sonra geniş araşdırmalar aparılıb.
- İki il əvvəl olmuş hadisəni sənə necə sübut etdilər?
- Soruşdular, belə bir şey olub, dedim, bəli, olub. Detallarıyla hər şeyi üzümə dedilər.
- Alğı-satqı iştirakçısı olmamısansa, pul qazanmamısansa, səs və yazı sübutları yoxdusa, hadisəni bilib, gizlətməyi sənə necə sübut etdilər? Deyə bilərdin ki, xəbərim yoxdu, olmayıb da.
- Bu məsələ bilinirdi. Gizlətsəydim, öz başıma oyun açacaqdım. Sonu daha pis nəticələrə bilərdi. Futbolun içində olub, istədim ki, içində də qalsın, böyüməsin. Ona görə də necə var, düzünü dedim.
- Araşdırma aparanlar səndən bu işdə əli olan futbolçuların kimliyini soruşmadı?
- Yox, soruşmadılar. Bəlkə də özləri bilir. Mən ancaq özümə cavabdehəm, başqalarına yox.
- Hansı oyun(lar) idi ki?
- Bu haqda geniş danışmaq istəmirəm. Özümə aid verdiyiniz sualları cavablayaram, problem yoxdu. Ancaq xırdalıqlara vara bilmərəm. Həm də bu dəqiqə ətraflı danışmaq olmur. Gözləyək, görək nə deyəcəklər.
- Əminliklə deyirsən ki, “Neftçi” – “Keşlə” oyununa aidiyyatı yoxdu.
- 100 faiz əmin ola bilərsiz.
- Dedim, bəlkə Nizamini yaxından tanıdığına, vaxtilə “İnter”də birgə çalışdığınıza görə onlarla danışığa gedən məhz sən olmusan.
- Yox e, nə danışırsız? Nizamini 3 ay əvvəl görmüşdüm. Bir də həmin gün oyunda rastlaşdım. Bu barədə heç kəlmə də kəsmədik.
- Bağışlamasalar, nə edəcəksən?
- Məcbur qalıb özümə başqa iş tapacam.
- Məsələn, nə işi?
- Heç özüm də bilmirəm.
HƏBİB

Son xəbərlər

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Yığmalarımızın rəqibləri bilindi

Bütün xəbərlər