Bu gün keçiriləcək üç oyunla birinci divizionda 27-ci tura yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, “Səbail-2” “Qəbələ-2”ni qonaq edib. Lider “Araz Naxçıvan” səfərdə “Qaradağ Lökbatan”la qarşılaşıb. “Mingəçevir” isə doğma azarkeşləri önündə MOİK-lə üz-üzə gəlib.
Birinci divizion
2-ci dövrə, 27-ci tur
4 may
Səbail-2 – Qəbələ-2 1:0
Rasim Hasanov, 86
Hakimlər: KAMRAN ƏLİYEV, Elman Kərimov, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. ASCO Arena. Saat 16.00.
Qaradağ Lökbatan – Araz Naxçıvan 0:2
Orxan Əliyev, 17-p. Bayraməli Qurbanov, 45
Hakimlər: NİCAT İSMAYILLI, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Lökbatan. Olimpiya İdman Kompleksinin meydanı. Saat 16.30 (canlı/İnsports.tv)
Mingəçevir – MOİK 0:2
Ramil Orucov, 16. Elmir Rəhimzadə, 72
Hakimlər: ƏKBƏR ƏHMƏDOV, Orxan İbişov, Zakir Şükürzadə, Tural İbrahimov.
Hakim inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mingəçevir. Yaşar Məmmədzadə adına şəhər stadionu. Saat 16.30 (canlı/İnsports.tv)
3 may
İmişli – Kəpəz-2 1:2
Tolqar Yaqubov, 24-p. - Cavad Kərimov, 17; 70.
Qarabağ-2 – Sumqayıt-2 0:1
Rüfət Abdullazadə, 13-p.
Zaqatala – Zirə-2 3:0
Bəhruz Teymurov, 15; 40; 52.
Neftçi-2 – Turan Tovuz-2 2:2
Elşad Tağıyev, 16. Həbib İsmayılov, 37 - Famil Camalov, 63. Hüseyn Hüseynov, 85.
Dünən birinci divizionda 27-ci turun 4 oyunu keçirilib. “İmişli” “doğma divarlar” arasında “Kəpəz-2”ni qonaq edib. Oyunda hesabı açan tərəf qonaqlar olsa da, meydan sahibləri tez toparlanaraq “status-kvo”nu bərpa edib. İlk yarıda vurulan qollar 90 dəqiqənin yekun nəticəsini də müəyyənləşdirib. Vaqif Cavadov “Sumqayıt-2”nin “sükanı arxasında” debüt matçında məğlubiyyətə üzülsə də, ikinci qarşılaşmada sevinib. Onun çalışdırdığı “Sumqayıt-2” səfərdə “Qarabağ-2”dən üstün olub. Son turlarda inamlı oyun sərgiləyən “Zaqatla” bu dəfə də azarkeşlərini sevindirib. Rüstəm Məmmədovun yetirmələri “Zirə-2”ni 3 dəfə meydanın mərkəzinə dəvət edib. Bakıda keçirilən prinsipial görüşdə isə qalib müəyyənləşməyib. “Neftçi-2” ilk yarıda “Turan Tovuz-2”nin qapıçısını iki dəfə məyus etsə də, qonaqlar fasilədən sonra məğlubiyyətdən qaçmağı bacarıb.
1. Araz Naxçıvan 25 20 3 2 63-19 63
2. Neftçi-2 25 16 4 5 60-28 52
3. Səbail-2 26 14 3 9 45-40 45
4. Zaqatala 25 13 4 8 45-41 43
5. Qəbələ-2 26 12 5 9 42-26 41
6. MOİK 25 12 5 8 41-38 41
7. Kəpəz-2 25 12 4 9 37-31 40
8. Turan Tovuz-2 25 12 3 10 40-34 39
9. Qaradağ Lökbatan 26 11 4 11 29-23 37
10. Şamaxı-2 25 9 3 13 33-51 30
11. Qarabağ-2 24 8 3 13 28-34 27
12. Zirə-2 25 6 8 11 25-36 26
13. Mingəçevir 26 5 4 17 28-49 19
14. İmişli 25 6 1 18 20-58 19
15. Sumqayıt-2 25 4 4 17 26-54 16
Bombardirlər: Orxan Əliyev (Araz Naxçıvan) – 22, İlham Allahverdiyev (MOİK) – 16, Vüsal Əsgərov (Neftçi-2), Cəlal Cəbrayılov (Zaqatala) – 14.