Bu gün birinci divizionda 27-ci tura start verilib.
"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə azarkeşlər 4 qarşılaşma izləyib ki, bunlardan ikisi “İnsports.tv” saytında və tətbiqində canlı yayınlanıb.
“Qarabağ-2”nin müraciətinə əsasən 26-cı turda meydana çıxmayan “Kəpəz-2” çərşənbə günü “İmişli”nin qonağı olacaq. “Sumqayıt-2”ni isə Binəyə səfər gözləyir. “Qarabağ-2” ev oyunlarını məhz bu qəsəbənin stadionunda keçirir. Turdan-tura inamlı oyun sərgiləyən, artıq ilk “üçlüy”ün biraddımlığında olan “Zaqatala” öz meydanında son vaxtlar heç də pis təsir bağışlamayan “Zirə-2”ni qonaq edəcək. Turun ilk günündə mərkəzi qarşılaşma Bakıda baş tutacaq. Hazırda turnir cədvəlinin ikinci pilləsində yerini bərkidən “Neftçi-2” orta sıralarda yer alan “Turan Tovuz-2”ni sınağa çəkəcək. Bu komandalar arasında baş tutan bütün görüşlər prinsipiallığı ilə seçilir.
Birinci divizion
2-ci dövrə, 27-ci tur
3 may
İmişli – Kəpəz-2 1:2
Tolqar Yaqubov, 22-p. - Cavad Kərimov, 17, 70
İmişli. Heydər Əliyev adına şəhər stadionu. Saat 16.30 (canlı/İnsports.tv)
Qarabağ-2 – Sumqayıt-2 0:1
Rüfət Abdullazadə, 13
Binə. Qəsəbə stadionu. Saat 16.00
Zaqatala – Zirə-2 3:0
Bəhruz Teymurov, 15, 40, 52
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00 (canlı/Insports.tv)
Neftçi-2 – Turan Tovuz-2 2:2
Elşad Tağıyev, 16. Həbib İsmayılov, 37 - Famil Camalo, 63. Hüseyn Hüseynov, 85
Bakı. Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydan). Saat 16.00.
1. Araz Naxçıvan 24 19 3 2 61-19 60
2. Neftçi-2 25 16 4 5 60-28 52
3. Qəbələ-2 24 12 5 7 42-24 41
4. Zaqatala 25 13 4 8 45-41 43
5. Səbail-2 24 12 3 9 43-40 39
6. Turan Tovuz-2 25 12 3 10 40-34 39
7. MOİK 24 11 5 8 39-38 38
8. Qaradağ Lökbatan 25 11 4 10 29-21 37
9. Kəpəz-2 24 11 4 9 35-30 37
10. Şamaxı-2 25 9 3 13 33-51 30
11. Qarabağ-2 24 8 3 13 28-34 27
12. Zirə-2 25 6 8 11 25-36 26
13. Mingəçevir 25 5 4 16 28-47 19
14. İmişli 24 6 1 17 19-56 19
15. Sumqayıt-2 25 4 4 17 26-54 16
Bombardirlər: Orxan Əliyev (Araz Naxçıvan) – 22, İlham Allahverdiyev (MOİK) – 16, Vüsal Əsgərov (Neftçi-2), Cəlal Cəbrayılov (Zaqatala) – 14.